Ana səhifə İqtisadiyyat Azərbaycanda iri ticarət mərkəzləri bu tarixdə açıla bilər – RƏSMİ

Azərbaycanda iri ticarət mərkəzləri bu tarixdə açıla bilər – RƏSMİ

66
0
Hazırda böyük ticarət mərkəzlərinin açılması müzakirə edilir. Onların bu ayın sonuna qədər açılması gözlənilmir”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, bu barədə statistik göstəricilərin təhlili aparıldıqdan sonra qərar veriləcək:

“Gələcək günlərdə ticarət mərkəzlərinin açılması mümkündür”.

“Mərkəzlərin içərisində yoluxma riskini artıran sahələrə məhdudiyyət qoyula bilər. Məsələn, uşaq əyləncə mərkəzləri və qida bölmələrinin fəaliyyətinə məhdudiyyət qoyulması mümkündür”, – deyə R.Bayramlı qeyd edib.