Ana səhifə Dünya Epidemiyasının ikinci dalğası yayılarsa, ölkə buna daha yaxşı hazır olacaq

Epidemiyasının ikinci dalğası yayılarsa, ölkə buna daha yaxşı hazır olacaq

5
0

Finlandiyanın Baş Naziri Sanna Marin COVID-19 epidemiyasının ikinci dalğasının yayılacağı təqdirdə ölkəsinin buna daha yaxşı hazır olacağına ümid etdiyini bildirib.

Ziyalılar.az xəbər verir ki, Baş Nazirin sözlərinə görə, bu halda hökumət virusla mübarizə üçün sərt tədbirləri təkrarlamaq zərurəti qarşısında qalmayacaq.

Hökumətin başçısı Finlandiya səhiyyə orqanlarının yayda infeksiyanın yayılmasında bir qədər azalma və payızda koronavirusun ikinci dalğasının peyda olmasını gözlədiyini qeyd edib. Onun fikrincə, hətta Finlandiyanın sərt tədbirləri virusun ölkədə təkrarən yayılmasının qarşısını almayacaq.

Qeyd edək ki, mətbuat konfransında təqdim olunan statistika Finlandiyada pandemiyanın yayılmasının sürətlə yavaşıdığını göstərir.