Ana səhifə Dünya Litvada koronavirusa yoluxanların sayı artıb

Litvada koronavirusa yoluxanların sayı artıb

16
0

Litvada koronavirusa (COVID-19) yoluxanların sayı 1534 nəfərə çatıb.

Ziyalılar.az saytı xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiya yayılandan bəri ölkədə 224 min 40 nəfər müayinə olunub. Son sutka ərzində COVID-19 virusuna görə 7793 nəfərdən analiz götürülüb və 11-nin nəticəsi müsbət çıxıb.

Ölkədə COVID-19-dan 55 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 988 nəfərdir.

Litvada virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.