Ana səhifə Dünya Tacikistanda koronavirusa yoluxanların sayı artıb

Tacikistanda koronavirusa yoluxanların sayı artıb

9
0

Son 24 saat ərzində Tacikistanda COVID-19 koronavirusuna yoluxanların sayı 202 xəstə artıb və 1524 nəfərə çatıb.

Ziyalılar.az Tacikistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutka ərzində 493 nəfər sağalaraq evə yazılıb, ölənlərin sayı 39-a çatıb, karantində 4 min 196 nəfər var.

Ölüm sayına görə Tacikistan Mərkəzi Asiya ölkələri arasında birinci yerdədir – 39 nəfər. Koronavirusdan Qazaxıstanda 34, Qırğızıstanda 14, Özbəkistanda 12 nəfər həyatını itirib.

Tacikistanda koronavirus ilk dəfə aprelin 30-da rəsmi olaraq elan edilib.