Ana səhifə cəbhə xəbərləri Ermənistan ordusunun bölmələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 29 dəfə...

Ermənistan ordusunun bölmələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 29 dəfə pozub

3
0

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 29 dəfə pozub.

Ziyalılar.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Koxanəbi və Gədəbəy rayonunun Qaravəlilər kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.