Ana səhifə Dünya Minnesota ştatında komendant saatının vaxtı uzadıldı

Minnesota ştatında komendant saatının vaxtı uzadıldı

6
0

Afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar etirazların dayandırılmadığı ABŞ-ın Minnesota ştatında komendant saatının vaxtı uzadılıb.

Ziyalılar.az-ın məlumatına görə, bu barədə ştatın qubernatoru Tim Uolç “Twitter”də yazıb.

Komendant saatı bazar günü axşam saat 20:00-dan (Bakı vaxtı ilə – 05:00) bazarertəsi səhər 6-dək ( Bakı vaxtı ilə – 15:00) qüvvədə olacaq.

Bu saatlarda şəhər əhalisinə küçələrdə olmaq qadağandır. Qadağanı pozduğuna görə 1000 ABŞ dolları və ya daha çox miqdarda cərimə tətbiq edilir, həmçinin 90 gün müddətinə həbs cəzası verilir.
Qeyd edək ki, ABŞ-ın azı 25 böyük şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra başlayan etiraz aksiyaları səbəbilə komendant saatı tətbiq edilib.