Ana səhifə Dünya Litvada koronavirusa yoluxanların sayı artıb

Litvada koronavirusa yoluxanların sayı artıb

32
0

Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 1687 nəfərə çatıb.

Ziyalılar.az xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 321 min 40 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 5928 nəfərdən analiz götürülüb.

Ölkədə COVID-19-dan 71 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 1273 nəfər təşkil edir.

Litvada virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.