Ana səhifə Dünya İranda koronavirusa yoluxanların sayı artır

İranda koronavirusa yoluxanların sayı artır

59
0

İranda koronavirusa yoluxanların sayı artmaqda davam edir. Artıq bir neçə gündür yoluxanların sayı 2 mindən çox olur. Son sutka ərzində İranda 2886 nəfər koronavirusa yoluxub, 63 nəfər isə həyatını itirib.

Ziyalılar.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib.

O bildirib ki, bu günədək İranda 167 min 256 nəfər virusa yoluxub, 8134 nəfər ölüb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 129 min 741 nəfər sağalaraq evə buraxılıb. Hazırda intensiv terapiya şöbəsində müalicə alan 2573 nəfərin vəziyyəti ağır olaraq qalır.