Ana səhifə İdman İtaliya kuboku: “Yuventus” finala vəsiqə qazanıb

İtaliya kuboku: “Yuventus” finala vəsiqə qazanıb

24
0

İyunun 12-də futbol üzrə İtaliya kubokunun yarımfinal mərhələsinin ilk cavab görüşü keçirilib.

Ziyalılar.az xəbər verir ki, mərhələnin ilk oyununda “Yuventus” öz meydanında “Allianz Arena”da “Milan” komandasını qəbul edib.

Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Oyunun 16-cı dəqiqəsində Kriştiano Ronaldo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib. Qarşılaşmanın 17-ci dəqiqəsində isə “Milan”ın futbolçusu Ante Rebiç kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıb.

Xatırladaq ki, ilk oyun 1:1 hesabı ilə heçə-heçə başa çatmışdı. Səfərdə vurduğu qola görə “Yuventus” növbəti mərhələyə vəsiqə qazanıb.

Yarımfinal mərhələsinin ikinci qarşılaşması bu gün keçiriləcək. “Napoli” öz meydanında “İnter” komandasını qəbul edəcək. İlk oyunda “Napoli” səfərdə minimal hesabla qələbə qazanmışdı – 1:0.