Ana səhifə Gündəm Deputatdan çağırış: Rusiya sərhədindəki vətəndaşlarımız gətirilsin

Deputatdan çağırış: Rusiya sərhədindəki vətəndaşlarımız gətirilsin

29
0

“Azərbaycan-Rusiya (Dağıstanda) sərhədində toplanmış vətəndaşlarımızla bağlı ötən gün baş verən hadisələrdən ciddi üzüntü duyduq. Eyni zamanda bu məsələdən bəzi xarici KİV-in və sosial şəbəkələrdə müəyyən qüvvələrin dövlətimiz əlehinə başlatdığı təbliğatı qınamaqla yanaşı narahat da olmalıyıq”.

Ziyalılar.az Reportyor.info-ya istinadən  xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva ötən gün Dağıstanda Rusiya polisinin Azərbaycana qayıtmaq üçün sərhədə toplaşan azərbaycanlılara qarşı zor tətbiq etməsinə münasibət bildirərkən deyib.