Ana səhifə Cəmiyyət Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisdə ilkin tibbi yardımla bağlı insanlarımızın...

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisdə ilkin tibbi yardımla bağlı insanlarımızın daha geniş maarifləndirilməsi istiqamətində təkliflərlə çıxış edib

38
0

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin növbədənkənar plenar iclasında “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında“ Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsində çıxış edib və qanun layihəsini dəstəklədiyini bildirib. Q.Paşayeva eyni zamanda bir sıra vacib təkliflərlə də çıxış edib: “Avropa ölkələrində və qardaş Türkiyədə də bu məsələyə çox ciddi nəzarət edilir. Avtomobillərdə ilkin tibbi yardım qutusunun olması mütləqdir. Çünki araşdırmalar nəticəsində məlum olub ki, avtomobil qəzalarında ilkin tibbi yardım olunduğu halda insan itkisini ciddi şəkildə azaltmaq mümkündür. Ona görə də bu dəyişiklikləri dəstəkləməklə bərabər inanıram ki, maarifləndirmə genişlənəcək və öncəliklə ictimai nəqliyyat növlərində və avtomobillərdə ilkin tibbi yardım qutularının olmasına ciddi nəzarət olunacaq. Mütəxəssislərimizin də bu istiqamətdə önəmli təklifləri var. Onlar hesab edir ki, dəyişikliklərin aparılması çox vacibdir. Amma yaxşı olar ki, məktəblərdə keçirilən “Həyat Bilgisi” dərsi zamanı uşaqlara praktiki olaraq ilkin tibbi yardımın öyrədilməsi məsələsi həyata keçirilsin. Çünki bu ilkin tibbi yardım qutularından necə istifadə olunması, ilkin tibbi yardımın necə göstərilməsi ilə bağlı mətbuat və mediada maarifləndirmə ilə bərabər uşaqların “Həyat Bilgisi” dərslərində də bu məsələ ilə bağlı geniş məlumatlandırılması çox önəmlidir. Hörmətli Təhsil nazirimiz Ceyhun Bayramova da bu məsələ ilə bağlı müraciət göndərəcəyik.”

Arzu edənlər, sözügedən çıxışı buradan izləyə bilər:
https://youtu.be/r7k12Z5ABHc

Ziyalılar.az