Ana səhifə Cəmiyyət Baş redaktor Qənirə Paşayevaya minnətdarlıq etdi

Baş redaktor Qənirə Paşayevaya minnətdarlıq etdi

95
0
Son günlər “Cümhuriyət” qəzeti və “Cəbhə. info” xəbər portalının əməkdaşlarının koronavirusa yoluxması ilə əlaqədar yaranmış narahatlığın aradan qaldırılmasında dəstək göstərdiyinə görə qəzetin baş redaktoru Rafail Becanov Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Mətbuat Şurasının sədri Əflatun Amaşova təşəkkür ifadə edib. Baş redaktor öz feysbuk sosial şəbəkə hesabında aşağıdakıları qeyd edib: “Koronavirusa yoluxmuş bacı-qardaş jurnalistlər -“Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva və Cebhe.info xəbər portalı, “Cümhuriyət” qəzetinin müxbiri Müşfiq Abdulla, habelə onun həyat yoldaşı 1 saylı Klinik Mərkəzə (Semaşko) köçürülüb. Mətbuat Şurasının sədri dostumuz, çox dəyərli Əflatun Amaşov və millət vəkili Qənirə Paşayevanın misilsiz dəstəklərini xüsusi qeyd edirəm və onlara Müşfiq bəyin adından, öz adımdan təşəkkürümü bildirirəm. Jurnalistlərin xəstəliyinə biganəlik göstərməyən TƏBİB-ə və sədr Ramin Bayramlıya, TƏBİB-in mətbuat katibi Rəvanə Əliyevaya minnətdarlıq edirəm. Sağ olsunlar ki, xüsusi həssaslıq göstərdilər və müraciətimiz dərhal nəzarətə götürüldü. Allah Müşfiq Abdulla ya və ailəsinə şəfalar versin!”
Ziyalılar.az