Ana səhifə Cəmiyyət “Güclü qadınların məğlubiyyəti” – Nəzakət Zeynalova yazır

“Güclü qadınların məğlubiyyəti” – Nəzakət Zeynalova yazır

97
0

Güclü qadınların məğlubiyyəti- ailədə və cəmiyyətdə, qadının yeri və rolu nədir? Kimdir qadın ?!

Dahi şairimiz Hüseyn Cavid çox gözəl vəsf etmişdi qadını: “Mənim Tanrım gözəllikdir, sevgidir” – deyən şairi Azərbaycan qadını və həyatındakı əzab -əziyyət düşündürməyə bilməzdi. Uzun illərdən bəri, mən deyərdim doğulduğu gündən ölən günə qədər cəmiyyətimizdəki qadınlarımızın çox hissəsi ailədaxili şiddət və ya zorakılığa məruz qalanlardır. Bu anlayış barədə hətta körpə uşaqlarımız da bilir. Buna səbəb indiki dövrümüzdə qadınlara hədə- qorxu gəlmək, şantaj etmək, onlardan öz çirkin niyyətləri üçün istifadə etməkdir. Günahsız neçə- neçə qadınlarımız intihara belə sövq edilmişdir, edilir də… Təbiətcə qadın ana, həyat yoldaşı, bacı, övlad kimi nəcib xüsusiyyətlərə malik olan zərif məxluqdur. Ama zəif gücsüz deyildir. O , eyni zamanda müassir dövrümüzdə cəmiyyətin ən fədakar, çalışqan, işgüzar üzvüdür. Sadalanan bu xüsusiyyətlər qadına qarşı xüsusi münasibət, diqqət və qayğı tələb edir. Bu baxımdan qadının cəmiyyətdəki rolu daim diqqət mərkəzində olan vacib problemlərdən biridir… Buradan qadınların hüquqlarını müdafiyə edən dövlət qurumlarına səslənirəm :Çox gec olmadan qadınlarımıza sahib çıxın! Neçə – neçə Şuralar intihara sürüklənməsin ! Mən bütün qadınlarımızı Şuraya və Şura kimilərinə dəstək olmağa səsləyirəm. Sonda :”üzünüz gülsün, əziz qadınlarımız”;- deyirəm. Dahi şairimiz Hüseyn Cavid gözəl deyib: Qadın gülərsə, şu işsiz mühitimiz güləcək !

Nəzakət Zeynalova Araşdırmaçı – müstəqil jurnalist