Ana səhifə Cəmiyyət Həcc ziyarəti pullarınızı koronavirusla mübarizəyə xərcləyin – İslamşünas

Həcc ziyarəti pullarınızı koronavirusla mübarizəyə xərcləyin – İslamşünas

133
0
Bu il Səudiyyə Ərəbistanı Həc və Ümrə məsələləri Nazirliyi qərar verib ki, Həcc ziyarəti təxirə salınır, az sayda insanla məhdud ziyarət təşkil olunacaq. Bu qərara əsasən ölkəmizdən də Həccə gedəcək şəxslər demək bu il ziyarətə gedə bilməyəcəklər. Ən böyük savab və gözəl iş olardı ki, o şəxslər Həcc ziyarətinə xərcləyəcəkləri vəsaiti ölkəmizdəki ehtiyacı olan insanlara və ya tibbi ləvazimatlarla xərcləsinlər. Məsələn, tibbi maskalara, sapirtə verib insanlara paylasınlar, sosial durumu zəif olan ailələrə, yetimlər evlərinə, qocalar evlərinə dağıtsınlar. Əgər belə etsələr gedəcəkləri, lakin gedə bilmədikləri ziyarətin savabından daha artıq savab qazanarlar. Quranın hökmu budur. Tural İrfan İlahiyyatçı-yazar
Ziyalılar.az