Ana səhifə Gündəm Düşmən layiqli cavabını aldı

Düşmən layiqli cavabını aldı

48
0
“Tovuz təxribatı növbəti müharibə cəhdi, yeni münaqişə ocaqlarının yaradılması deməkdir”
Tovuzdakı təxribat artıq beynəlxalq miqyasda müzakirə olunur. Dünya dövlətləri, siyasi liderləri bunu Ermənistanın növbəti mənfur əməli kimi qiymətləndirir, işğalçı dövləti qınayır. Onlar Azərbaycanın haqq səsinin eşidilməsini tələb edirlər.
Qəribədir ki, dünya dövlətləri Azərbaycanı dəstəklədiyi halda, beynəlxalq təşkilatlar türklər demiş, Nuh deyib, peyğəmbər demir, susqunluqlarından əl çəkmirlər.
“Cümhuriyyət” qəzetinin baş redaktoru, “Cebhe.info” xəbər portalının direktoru Rəfael Becanov “Sherg.az”a açıqlamasında beynəlxalq təşkilatların qeyri-obyektiv münasibətindən danışdı:
“Əlbəttə, Tovuz hadisələri növbəti erməni təxribatı idi. Beynəlxalq təsisatlar təxribatı atəşkəsin pozulması kimi qiymətləndirmək istəyirlər. Amma atəşkəsin ancaq Dağlıq Qarabağa aid olduğunu unudurlar. Ermənilərin Tovuz təxribatı növbəti müharibə cəhdi, yeni münaqişə ocaqlarının yaradılması deməkdir. Şəhidlərimiz olsa da, düşmən layiqli cavabını aldı.
ATƏT və digər təsisatlar düşməni öz adı ilə çağırmalı və tərəfləri eyni tərəzinin gözünə qoymamalıdırlar. Başa düşmək lazımdır ki, Ermənistan işğalçı, Azərbaycan isə təxribata məruz qalandır. Dediyim kimi, Ermənistan layiq olduğu cavabı aldı. Bu, ölkəmizdəki xalq-dövlət birliyi sayəsində mümkün oldu. Düşmənin itkisinin dəfələrlə artıq olduğunu rəsmi məlumatlar da təsdiqləyirlər”.
R.Becanov, həmçinin Türkiyənin ölkəmizə dəstəyini də yüksək qiymətləndirdi:
“Biz dost yox, qardaşıq. Təkcə indi yox, həmişə bir-birimizi müdafiə etmişik. Odur ki, Türkiyənin Azərbaycanı dəstəkləməsi təsadüfi deyil. Bu, qardaşlıq borcu, qardaşlıq işi olmaqla yanaşı, həm də “İki dövlət, bir millət” prinsipinin göstəricisidir”.
Ziyalılar.az