Ana səhifə Cəmiyyət Gənc yazardan təxribatçılara: “… BACARMAYACAQSINIZ!”

Gənc yazardan təxribatçılara: “… BACARMAYACAQSINIZ!”

58
0
İyulun 13-dən işğalçı ölkənin doğma Tovuzda təxribatları başlayan andan hər kəs həmrəy oldu. Ganire Pashayeva İstər jurnalist kimi, istərsə də millət vəkili, vətənsevər xanım olaraq, daim işğalçı ölkənin təxribatlarını mediadan, parlamentdən, Avropa Şurasından tənqid edib, milli davamızı dünyaya çatdırıb. İndi də bu informasiya savaşını davam etdirir. Onun fə və digər ziyalılarımızln fəaliyyətinə “mız” qoymaqla kölgə yaratmaq istəyənlər bunu bacarmayacaq. Sizləri klavyatura dalından çıxarıb, yarım saatlıq düşmən artilleriyasının önündə bir ağaca bağlamaq lazımdı, əminəm ki, qorxunuzdan 5 dəqiqəyə elə ürək tutmasından gedərsiz. Ya da elə sizi top mərmisi əvəzinə düşmənin başına atsınlar, bəlkə bir işə yaradız. Öz “qoçaqlıq”lığınızın skrinlərini qarşı tərəfin səhifələrində gördükcə, sevincək olursuz. İnanın, bizim vətənsevər, savadlı, hərtərəfli güclü və intellektual gəncliyimiz, insanımız olduqca niyyətinizə çatmayacaqsız. Babam danışırdı ki, müharibə dövründə sərhədyanı kəndlərdən birində Gədəbəydə bir qadının evinə silahlı erməni girir, sərhədyanı kənd camaatı illərdir, bu mənfurların hər cür dilini bilirlər, odur ki, qadın cəld və zirək tərpənir, söhbətə tutmaqla vaxt qazanıb, axırda silahla onu təkbaşına zərərsizləşdirir. Siz mənim bölgəmdə evini qoruyan həmin mərd, qorxmaz, adi ev xanımının dırnağına belə dəyməzsiz. Tovuz, Qazax, Gədəbəy əhalisi və ziyalıları o atəşlərin və təxribatların önündə 30 ilə yaxındır, beləcə yaşayır, yaradır, həyata davam edir. Odur ki, gördüyü işlərlə və fəaliyyəti ilə Qənirə xanım hər zaman təqdir olunur. Sizlər onun adıyla adınızı tarixə yazdırmağa bacarmayacaqsız.
Əfsanə Kıpçak Ələsgərli Yazar
Ziyalılar.az