Ana səhifə Gündəm Şöbə sədri: “Deputatların bölgələrə səfərləri təqdirəlayiqdir!”

Şöbə sədri: “Deputatların bölgələrə səfərləri təqdirəlayiqdir!”

131
0

Mənfur düşmənin Tovuz rayonuna hücumu ilə əlaqədar olaraq Milli Məclisin bir qrup üzvünün həmin rayona səfərini təqdir edən publisist, keçmiş hərbiçi, Qarabağ döyüşləri veteranı, deputat Razi Nurullayevin rəhbərlik etdiyi partiyanın Abşeron rayon şöbəsinin sədri Arif Baxşəlioğlu Qafarov öz sosial şəbəkə hesabında aşağıdakıları yazıb: “İyul ayının 12-də erməni qəsbkarlarının cəbhə xəttinin Tovuz rayonuna hücumu nəticəsində ordumuzun şəhid verməsi ilə nəticələndi. Baxmayaraq ki, düşmən layiqli cəzasını aldı, xalqımız, xüsusilə də gənclərimiz daim ordumuza dəstək olduqlarını hələ də nümayiş etdirməkdədir. Sevindirici haldır ki, pandemiya dövrünə baxmayaraq Milli Məclisin deputatları da bölgələrimizə səfər edir, şəhid ailələrinə baş çəkirlər, əhali arasında söhbətlər keçirir, xalqla ordu arasında daha sıx təmasın mövcudluğunu göstərirlər. Məlum məsələdir ki, deputatlarımızın bu kimi vacib addımları da xalqın diqqətindən yayınmır və dövlətin də daim onların yanında olduğunu anlayır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Ziyalılar.az