Ana səhifə cəbhə xəbərləri “Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin I...

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı həm dərin təhlil, həm də tarixi ismarınclar ehtiva etməsi ilə özünə xüsusi diqqət tələb etməkdədir” – Qənirə Paşayeva

28
0

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı həm dərin təhlil, həm də tarixi ismarınclar ehtiva etməsi ilə özünə xüsusi diqqət tələb etməkdədir” – Qənirə Paşayeva

Əlbəttə, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətindəki mövqelərimizə artilleriya atəşi ilə zərbə endirməsi və bu gözlənilməz zərbə sonucunda bizim hərbçilərimizin həlak olması, yaralanması bu iclasada da əsas diqqət yetirilən mövzulardan oldu. Təcavüzkarlıq və terrorizmi dövlət siyasətinin tərkib hissəsi kimi sabitləşdirmiş işğalçı Ermənistanın, Tovuzdakı hadisələrin səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etməsi xüsusi ilə hiddət doğurur. – “Aprel döyüşlərində olduğu kimi, bu dəfə də mənfur qonşu ən çirkin əməllərə əl atmışdır. Bizim kəndlərimizi atəşə tutmuş və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərir ki, Ermənistan faşist dövlətidir.
…Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz”. – bu sözlər cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışındandır.
Doğrudur, bizim dövlətimizin, ordumuzun, vətəndaşımızın işi yalnız və ya önplanda hiddətdən ibarət deyil. – Bununla belə, düşmənin müharibə planındakı hərəkətləri və sülh planındakı hərəkətsizliyi o qədər nadürüst, namərd, müharibə qayda-qanunlarına qeyri-adekvatdır ki, hiddətlənməmək də əldə deyil. Necə deyərlər, Ermənistanın Azərbaycana münasibətdə, müharibə və sülh planındakı hərəkəti, hərəkətsizlikləri Ermənistana qarşı hər cür, bütün vasitələrlə mübarizə aparmağı əsaslı, haqlı qılır. Cənab Prezidentin öz sözləri ilə desək, “Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamı alınmış, onların qanı yerdə qalmamış və düşmənə elə bir zərbə endirilmişdir ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar.

Təsadüfi deyil ki, hadisələrə həm operativ həm də təmkinlə yanaşan Azərbaycan dövləti, şəxsən dövlət başçımız Təhlükəsizlik Şurasının toplantısını çağırdı, orada ictimaiyyətə qiymətli məlumatlar verildi, qapalı müzakirələr aparıldı; və operativ vəziyyət imkan verən kimi jurnalistlər, diplomatlar Tovuza dəvət ediləcək, onlar vəziyyətlə yerindəcə tanış olacaq və görəcəklər ki, qanlı olayların günahkarı, ziyankarı kimdir, mülki əhalisi ziyan çəkən və məcburi cavab haqqını istfadə edən kimdir…
Tovuz hadisələri yalnız düşmənin miskinliyini deyil, eyni zamanda Azərbaycan ordusunda geniş ictimaiyyətin öncələr yaxından tanımadığı qəhrəmanlarımızı da bizlərə tanıtdı. Əfsanəvi general Polad Həşimov başda olmaqla, bütün şəhidlərimiz baş tacımızdır və neçəki bu xalq var, unudulmayacaqlar! Azərbaycan Prezidentinin Polad Həşimovun anası Səmayə xanıma, polkovnik İlqar Mirzəyevin oğlu Elvinə telefon açaraq, onlarla danışması, şəhidlərin intiqamının alındığını bildirməsi, onlarla ovqatlaşması, kədərlərini bölüşməsi dövlət nəzakəti, dövlət başçısı diqqəti və nəcabətinin təcallasıdır.
İndi sosial mediada, özəlliklə, düşmən tərəfin yaydığı iformasiyalar içində bir çox yalan-yanlıc “şəkil”lər, “video”lar paylaşılır, təxribatçı xəbərlər yayılır və bu mövzuda da, Nazirlər Kabinetinin iclasında, dövlətimizin ən ali, ən məsuliyyətli və şərəfli vəzifəsini daşıyan cənab İlham Əliyev tərəfindən verilən məlumat ürəklərə su səpdi, qürur bayrağımızı yüksəklərdə dalğalandırdı: “Düşmənin onlarla hərbçisi məhv edilmiş, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edilmişdir. O cümlədən onların postu və bütün infrastrukturu yox edilmişdir.
…Son əməliyyatda Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. 2020-ci il, 12 iyul əməliyyatının Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq”.
Heç şübhəsiz, son günlər ərzində baş vermiş toqquşmalar, qanlı döyüşlər dövlətimizin, ordumuzun gücünü, xalq-iqtidar birliyini bir daha göstərdi – bu çox mühümdür. Öncəbhədəki əsgər geridə qalanlardan – ən sıravi vətəndaşımızdan tutmuş, yüksək dövlət vəzifəsi daşıyan məmura, dövlət qulluqçusunadək– hamı güvənc içində olmalıdır, əsgərin gözü arxada qalmamalıdır. Mən həm hadisələrin ilk günündən Tovuzda olan bir Millət vəkili kimi də təsdiq edə bilərəm ki, əsgərimizlə xalqımız, dövlətimiz bircandır, ruhubirlərdir, çox şükür! Belə bir gözəllik, əminlik, qürur qaynağı, vətənpərəvlik ocağını qoruyan Ali Baş Komandanımız baş olmaqla, dövlət ərkanımıza vətəndaş minnətdarlığımız var. Dövlətcanlılığın, dövlət üçün fədakarlığın – müstəqil dövlətə malik olmağın neməti, təcallasıdır bu!
Ermənistan tərəfindən törədilən hərbi toqquşmanın güncəl səbəblərindən biri, Ermənistanda mövcud siyasi-iqtisadi böhrandır. Paşinyan hökuməti öz vədlərinin altında qalıb və bunu ört-basdır etməkçün “xarici düşmən” obrazını sınaqdan keçirmək yaxud yenidən dövriyyəyə daxil etməkçün məhz dövlət sərhəddi boyunca pozuculuğu uyğun bilmişdir. İşə baxın ki bizdə, Nazirlər Kabinetinin iclasında da daha çox iqtisadi blokda əldə edilmiş nəticələr və perspektivlər mövzusu ana mövzu idi; “İqtisadiyyatı güclü dövlət hər şeyə qadirdir” – bu, Ümummilli liderimizin sözüdür; budur, iqtisadi və siyasi böhran quyusunun qırağına gəlib çıxmış Ermənistan bir tərəfdə, iqtisadi tənəzzülü söhbət mövzusu belə olmayan Azərbaycan bu tərəfdə – bu tərəflər arasındakı toqquşmada uduzanın kim olacağı aydındır. Deməli, Paşinyan hökuməti səbatsızlıqdan əziyyət çəkir; sələflərinin “mogikal sindromu”nu və dədə-baba “erməni xəstəliyi”ni dəf edə bilməyib… – Fikrimizin təsdiqi kimi, cənab Prezidentin dəqiq təsbitini sizinlə bölüşürəm: “Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə də, indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın və bu təxribata şüurlu şəkildə əl atıldı.
…Operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, şəhərlər boşalır. İndi panika yaranıbdır. Bax, fərq budur. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır”.
Artıq bir çox yerli və xarici təhlilçinin ortaq düşüncəsinə görə, Paçinyan hökuməti KTMT-ni “test” edirmişcəsinə, məhz dövlət sərhəddində toqquşmaya, hərbi təcavüzkarlığa üstünlük vermişdir. Heç təsadüfi deyil ki, özləri çirkin əməlləri törətdi və rəşadətli Azərbaycan Ordusundan layiqli cavab alınca, dərhal KTMT-yə müraciət etdi, hay-həşir qopardı, kömək istədi… Bir normal dövlət özünə nə ədalətsiz müharibə baılatmağı, nə də, ağlaşma ilə yardım istəməyi yaraşdırmamalıdır. Bir ölkə özünü nə “forpost” durumuna salmalı, nə də “yeni forpost”luq sevdasına düşməməlidir. XXI yüzildə Ermənistan kimi bir dövlət birgəyaşayış hüquqlu dünya birliyinin üzvü ola bilməməlidir…
Ermənistanın günahları, beynəlxalq hüquq normalarını pozma halları bir deyil, beş deyil… Biz – Ermənistanın (havadarlarının hərbi-siyasi dəstəyi ilə gerçəkləşdirdiyi) təcavüzkarlıq siyasətinə, işğalına və Xocalı soyqırımına uğramış tərəf kimi, hər gün bu barədə haqq səsimizi duyurmalı, hər uyğunplatformada iş aparmalıyıq. – Bunun örnəyi cənab Prezidentin xarici siyasət kursudur. Hər bir diplomatımız Prezidentimizdən örnək götürsə, beynəlxalq diplomatik cəbhədə də daha üstün mövqelərdə olardıq. Artıq, heç kəsdə şübhə yoxdur ki, indiyə kimi əldə edilmiş diplomatik uğurların ideya müəllifi də, təşəbbüskarı da, uğurlu nəticələrin memarı da məhz cənab İlham Əliyevin özüdür. Cənab Prezidentin Nazirlər Kabinetinin iclasında üzərində dayandığı mövzulardan biri də, xarici siyasətimizin qüsurları ilə bağlı idi. – “Diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır, kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır”. – Ölkə başçısı tərəfindən bu məsələ dəfələrlə müxtəlif tədbirlərdə, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə dilə gətirilib.
Ümidvarıq ki, yeni Xarici işlər nazirimiz Ceyhun Bayramov bu nazirliyə yeni kleksion, yeni nəfəs gətirəcək və XİN cənab Prezidentin etimadına layiq fəaliyyəti ilə seçiləcəkdir.
Diplomatiyamızın, ordumuzun, dövlətimizin bayrağı uca olsun!

Qənirə Paşayeva

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

Ziyalılar.az