Ana səhifə Cəmiyyət Xaricdən dövlətimizə qarşı çıxış edənlərlə bağlı Ziyalılar Mərkəzinin Bəyanatı-VİDEO

Xaricdən dövlətimizə qarşı çıxış edənlərlə bağlı Ziyalılar Mərkəzinin Bəyanatı-VİDEO

120
0

Ölkəmizin imicinə xələl gətirərək öz satqın maraqlarını təmin etmək istəyən bəzi şəxslər, əsasən Avropanın müxtəlif ölkələrində sosial şəbəkə və medianın azadlığından sui-istifadə etməklə dövlətimizə, xalqımıza, ordumuza qarşı hədyan danışmaqla məşğul olurlar. Bu şəxslərin düşmən dəyirmanına su tökdükləri aşkardır. Xüsusən, son zamanlarda mənfur ermənilərin Tovuz rayonu ərazisində törətdiyi təxribatın qarşısının alınması zamanı baş verən döyüşdə Azərbaycanın üstünlük əldə etməsi həm erməniləri, həm də erməni maraqlarına xidmət edənləri bərk narahat edib. Odur ki, xarici ölkələrdə yaşayan soydaşlarımıza qarşı təxribatlar, hücumlar, təhqirlər hədəfləyirlər. Erməni toplumu üçün bu xarakterik haldır. Lakin adını azərbaycanlı qoyan bəzilərinin də onlara qoşularaq ermənilərin lehinə çıxışlar etməsi qəbuledilməzdir. Ziyalılar Mərkəzi olaraq bu mənfur şəxslərin anti – Azərbaycan davranışlarını qətiyyətlə pisləyirik. Xüsusən, atası Azərbayan naminə şəhid olmuş Sevinc Osmanqızının iftira dolu həyasız çıxışı ziyalı toplumu olaraq bizi də hiddətləndirmişdir. Öz doğma atasına, xalqına hörmət qoymayan, adını jurnalist qoyub, xəyanətlə məşğul olan bu və bu kimi şəxslərin dövlətimizə qarşı çıxışlarını, çağırışlarını lənətləyirik. Azərbaycan dövləti bu gün məğrur, mətin şəkildə mənfur düşmən qarşısında duruş gətirir və artıq torpaqlarımızın da azadlığı çox yaxındadır. Bunu bilən və dərk edən düşmən artıq özümüzdən özümüzə düşmən hazırlamaq istəyir. Odur ki, cəmiyyəti ayıq olmağa, Ali Baş Komandanın ətrafında sədaqətlə birləşməyə, xəyanət və təxribatlara uymamamağa çağırırıq.

 

Ziyalılar Mərkəzi

                                                                           Ziyalılar.az