Ana səhifə Ədəbiyyat “VƏTƏNÇÜN ÖLMƏYƏ HƏR AN HAZIRAM” – Səadət Qəribin vətənpərvərlik şeirlərindən

“VƏTƏNÇÜN ÖLMƏYƏ HƏR AN HAZIRAM” – Səadət Qəribin vətənpərvərlik şeirlərindən

114
0

Vətənçün ölməyə hər an hazıram…

Ey mənim Vətənim – Azərbaycanım,
Əzəldən tarixdə böyükdür adın.
Dalğalan bayrağım, qürurla hər gün,
Şərəflə addımla, səs salsın şanın.

Axı sahibisən bu torpaqların,
Qana qan, cana can geri almalı.
Yetər üzərində gəzdi yağılar,
Torpağın altında onlar qalmalı.

Qeyrətli oğullar silahlanaraq,
Göstərsin namərdə mərdlik dərsini.
O mənfur niyyətli, xain erməni,
Pozmayır tarixdən viran izini.

Daha alınası çox qanımız var,
İrəli, irəli şanlı ordumuz!
Bitsin birdəfəlik, bitsin dağımız,
Azad olsun artıq torpaqlarımız.

Azərbaycan mənim vətənim, canım,
Duy, eşit səsimi, bura yazıram.
Lazımsa yolunda odlanım, yanım,
Vətənçün ölməyə hər an hazıram.

 

ŞƏHİDİN DİLİNDƏN
 
Ağlama, ay ana, qurbanın olum,
Oğlun ucalıbdı Şəhid adına.
Tək bir göz yaşına dözə bilmirəm,
Bilmirəm mən necə çatım dadına.

Vətəni sevdirib, mənə demişdin,
Vətənçün fədakar olmaq gərəkdir.
Indi unutmusan, göz yaşın durmur,
Ağlama, ana can, bu bir şərəfdir.

Daha çox düşməni məhv edəcəkdim,
Bu yolu könüllü özüm seçmişdim.
Xocalı zülmünə qisas almağa,
Göz dağı verməyə mən and içmişdim.

Hələ Qarabağım gözləyir bizi,
Bu ad yaddaşların əbədi rəsmi.
Ağlama, ana can, belə düşün ki,
Oğlun ölməyibdir, getsə də cismi.

Şəhid anasısan məğrur dayan sən,
Fəxr elə oğlunla, bu bir zinətdir.
Vətənçün, torpaqçün ölən hər kəsə,
Əbədi mükafat -yeri cənnətdir.

Vətən həsrəti

Qəriblik yazilib bəxtimə Allah,
Qürbət torpaqlara mən kök salmışam.
Qüruba yan alan bir Günəş kimi,
Elə dan yerində sönüb qalmışam.

Elimdən obamdan uzağam,uzaq,
Yerdən göyə olan məsafə qədər.
Elə kövrəlirəm,elə doluram,
Gözümun onündə bitib qəm,kədər.

Vətəndən uzaqda səadət olmaz,
Qürbətdə gen dünya mənə dardı,
dar,
Günəş də başqa cür doğur vətəndə,
Qışı, payızı da bahardır, bahar.

Qanla yazılıbdır dastanlarımız,
Dədə Qorqud kimi atamız olub .
Babək, Cavanşir tək qəhrəmanımız,
Bu torpaq nə qədər igidlər doğub.

“Qarabağ “sızlayan qanlı yaramız,
Onsuz rahatlıq yox bizə cahanda ,
Düşmən tapdağında qalan torpağım,
Azad olmalıdır tez bir zamanda.

Şəhidlər qanıyla dolan Vətənim,
Sənin torpağına ,daşına qurban,
Uğruna canından keçən şəhidim,
Göylərə ucalan başına qurban.

Sən ey müqəddəs yurd,müqəddəs vətən!
Qüdrətim, sərvətim, varlığım, canım,
Qoynuna al məni bir balan kimi,
Mənə bir lay-lay de, Azərbaycanım!

QAÇMAQ İSTƏYİRƏM ÇOX UZAQLARA

Bəzən başım üstə dolanır dünya,
Bezirəm, bilmirəm mən gedim hara…
Bir dəli istəyin qulu oluram,
Гачмаг истәјирәм çox узаглара…

Elə bir yerə ki, xoş ümid ola
Bir içim su olа, аlaçıq ola..
Yeməyə bir tikə quruca çörək,
Komamın qapısı lap uçuq ola..

Qaçmaq istəyirəm, başı alovlu
Gəncliyim ayrılıb qalan məkana..
Ömrüm tənginəfəs, ciyəri odlu
Qiyməti olmayan o gözəl ana..

İçimdə hayqıran hisslər yaramın
Göyləri titrədən hay- harayıdır…
Deyirəm halımı dərdlilər bilsin.
Ürək dünya boyda qəm sarayıdır.

Səadət Qərib

                                                                   Ziyalılar.az