Ana səhifə Ədəbiyyat Vahid ƏZİZ – KİŞİSƏNSƏ,GƏL VURUŞAQ TƏKBƏTƏK…

Vahid ƏZİZ – KİŞİSƏNSƏ,GƏL VURUŞAQ TƏKBƏTƏK…

109
0

Ermənistana mesac:”Bizimlə təkbətək
vuruş,görək axırı nə olur…”
İlham ƏLİYEV-Azərbaycan Respublikasının Prezidenti

Nə Vətənin,nə yurdun var,nə yerin,
bu hoqqaya çatmaz idi təpərin-
bizimkidir sənin paytaxt şəhərin!
nədir,yenə qudurmusan,a təlxək?
hünərin var-gəl vuruşaq təkbətək.

Tarix boyu qorxa-qorxa dinərdin,
qarşımızda alçalardın,enərdin,
borc alınıb ordundakı güvəncin;
iç üzünü görən hər kəs bezəcək,
hünərin var-gəl vuruşaq təkbətək.

Millətimlə ədavətin köhnədi,
yenə tərsə kim başını hərlədi?
nə Qarabağ,”Arsax” nədi,zad nədi?!
bəd niyyətin öz başını yeyəcək,
hünərin var-gəl vuruşaq təkbətək.

Cana yığıb bezdırməyin bizləri,
üfürməyin qaysaq tutan közləri,
daha qalmır barışmağa əl yeri;
yaman günə qalacaqsız kükrəsək,
hünərin var-gəl vuruşaq təkbətək.

Yesir gəldiz–döyüb yola salmadıq,
mülklər verdik,kirasını almadıq,
son pəstahan–qaytardığın halallıq?!
daha yetər,a minsifət,a əblək;
kişisənsə-gəl vuruşaq təkbətək!!

VAHİD ƏZİZ

ŞAİR

Ziyalılar.az