Ana səhifə Ədəbiyyat Mən eşqin özüyəm – SƏADƏT QƏRİB (şeirlər)

Mən eşqin özüyəm – SƏADƏT QƏRİB (şeirlər)

287
0

SUSDUĞUNA İNANDIM

Qələmimin için
eşqdən mürəkkəb qoysam,
Seirlərim sevginin
rənginə burunəcək.
Dərddən murəkkəb qoysam ,
aglayacaq
şeirler
Naley- fəryad edecek,
qəm – qubar görünəcək.
Bu gün mürəkkəbim eşq,
eşqdən yenə yazıram.
Nəğmələrdə , şeirdə
sevgimi yaşayıram.
Buludlarla dolsam da,
Günəşıə ovunuram
Cismən ayrı qalsam da ,
qəlvimdə qovuşuram.
Amma çoxdan eşqimin
qırılıbdır dizləri,
Mən eşqimi böyütdüm ,
yazdığıma inandım.
Ən çox unutqan olan
unutmaram deyendi-
Dediklərinə deyil ,
susduğuna inandım.

MƏN EŞQİN ÖZÜYƏM

Bir boş qəlbim vardı,
Onu da sevda oduna atdım,
Qəlim sənlə yaşamağa başladığı anda
təbiet gözəlləşdi
gözlerimdə.
Arzular aşdı ,daşdı ,
həyat da başqalaşdı.
Sevgi sarıdı hər yanı,
qorxunc gecələrim yox oldu,,
Yatmış duyğularım
qəflət yuxusundan oyandı.
Ulduzlar parladı gözümdə,
Ulduz kimi parladı sözüm də.
Bir tək sənlə dünyam gözəlləşdi,
dəyişdi.
…Və sən bir gün getdin,
ürəyimin xəbəri yox gedişindən…
Hər gün yalanlarla ovundurdum onu.
Əl açdlm göylerə,
yalvardlm Rəbbimə,
Yalanımı ürəyim bilməsin deyə.
Axı bilsə qehrindən ölər həmən an,,
Çünki o eşqin özü-
Sən isə yalan!

KÖRPƏ İLƏ ALLAHIN SÖHBƏTİ

Doğumuna bir gün qalmış, körpə soruşar Rəbbindən;-
-Deyirlər ki, sabah məni, atacaqlar dünya adlı o bəd “YERƏ”
-Axı Rəbbim ! dilsiz, gücsüz bir körpəyəm, sığınmışam Sənə burda
-Göndərməyin, Uca Tanrım, kim qoruyar məni orda?
-Qorxma, qayğı şəfqət verən MƏLƏK göndərəcəm sənə.
Körpə fikrə gedib bir an, bir də söyləyər yenidən;-
-Çox rahatdır burda mənə,darıxmasam əğər hərdən…
Hüzurluyam bu yerimdə,
istəmirəm gedəm “Yerə”…
İstəyirəm burda qalam, bu rahatlıq yetər mənə…
-Tanrı cavab verər yenə: -Səninçün layla oxuyar,
gecə-gündüz başın üstdə səni gözütək qoruyar…
güvən, sığın o mələyə, çatacaqsan hər diləyə…
Duyacaqsan sevgisini, çünki sevəcəkdir səni…
O, isti bir şəfqətiylə, xoşbəxt yaşadacaq səni…
-Birdən onun nəğməsini anlamasam ,
Sənə sığınmaq istəsəm , bunu necə xəbər verim?!
Birdən o yad dildə oxur,anlamaram laylasını…
Necə dönüm sənə Rəbbim, öyrət bunun çarəsi nə?
Allah nurlu nəzəriylə sığalladı körpəsini..
Dedi öyrədər mələyin sənə “yaşam surəsi”ni.
Əllərini mənə tutub qaldıranda dua üçün…
Qoşularsan o duaya, həyatdan istəyin üçün,
O vaxt səni esidəcəm, biləcəm hər hallarını.
Mələyin də oyrədəcək mənə dönmə yollarını..
Lazim gəlsə səndən ötrü ozunu qurban verəcək,
Hər gün səni əzizləyib ozundən artıq sevəcək.
Körpə bir az rahatladı, bir az susdu, bir az durdu,
Üzün tutub Allahına-
-O “Mələyin “adın sordu..
Yaradandan bir səs gəldi: – O kəs ki,nur verəndi gözəlliyə,
Səni hər şeydən qoruyan, “ANA” söylə o mələyə…

MƏNİM HƏR İKİ DÜNYAM

Hər kəsin bir dünyası var.
O bu dünyasında bir nağıl dünyası qurur.
Xatirələr,arzularla daşınır o nağıllar dünyasına.
O nağıl dünyada da Güneş olmur həmişə,
Qara buludlar,leysan,duman,çiskin.
Bir də …
uçurumlar,sellər,
nələr, nələr,
Bunun hamısı bu dünyanla o dünyan arasında
xatirələr.
Bir pilləkən də, durur iki həyat arasında .
Sən qalxdıqca o azalır,
Bir pillə düşür keçmişinə.
Bir nəğmə bəslənir
həyat eşqinə.
Hər iki dünya sonsuz məhəbbətin başlanğıcıdır.
Hər şey gözəldir bu dünyada,
hər şey əzəldir o dünyada…
Sən yaşamağa layiq ol sevgim,
Sən yaşanması gərəkən ən gözəl hissimsən!
Sən nə gözəlsən hər iki dünyam!

“Doğulmadan öldüm”

Anamın bətnində mən,
hələ də yarımcanam
böyüyürəm, anbaan
Hələ yarıinsanam.

Yox!!!- Hələ tam deyiləm,
Mən hələ bu günümdə,
həyatımı görməmiş
həyatdan gileyliyəm.

Anam canından verir
Atam qanından verib…

Nə ata, nə anamın
üzünü görməmişəm…
bunu da bilirəm ki,
hələ böyüməmişəm

Arzum böyükdür ancaq,,,
Atamı görməliyəm,
Anamı görməliyəm.

Anam hey əzizləyir
hər gün bətnində məni.

Mən də insan oluram
get- gedə,
yavaş- yavaş
ətə- cana doluram.

Bax , iki qulaqlarım
İki də gözlərim var
Tələsirəm doğulum…
Atam- anam bilməyir
onlara qucaqdolu
Sevinc , istəklərim var.

Bir gün qulaqlarıma
Qəribə səslər gəldi
Get – gedə səs ucaldı
Get – gedə səs yüksəldi.

Öldürəcəksən dedi
betndəki uşağı
ne qədər ki gec deyil,
ne qədər böyüməyib,
uzanmıb əl-ayağı.

Anam ağladı, durdu
O, nədənsə susurdu
günahkar adam kimi.

Bilmədim amma nədən
razılıq verdi məni
yox etməyə bətnindən.
Demək qanunsuzammış
anamın can evində.

Demək insan olmadan
nə məzarım olacaq
nə bir pak kəfənim də…

Hökm oxundu o gecə
Məni yuvamdan alıb
atacaqlar gizlicə…

Canıma qıyanların
Deyin günahkarı kim?
Atam, anammı görən?
Yoxsa əlləri qanlı
Ağ xalatlı o həkim?

MƏN EŞQİN ÖZÜYƏM

Bir boş qəlbim vardı,
Onu da sevda oduna atdım,
Qəlim sənlə yaşamağa başladığı anda
təbiet gözəlləşdi
gözlerimdə.
Arzular aşdı ,daşdı ,
həyat da başqalaşdı.
Sevgi sarıdı hər yanı,
qorxunc gecələrim yox oldu,,
Yatmış duyğularım
qəflət yuxusundan oyandı.
Ulduzlar parladı gözümdə,
Ulduz kimi parladı sözüm də.
Bir tək sənlə dünyam gözəlləşdi,
dəyişdi.
…Və sən bir gün getdin,
ürəyimin xəbəri yox gedişindən…
Hər gün yalanlarla ovundurdum onu.
Əl açdlm göylerə,
yalvardlm Rəbbimə,
Yalanımı ürəyim bilməsin deyə.
Axı bilsə qehrindən ölər həmən an,,
Çünki o eşqin özü-
Sən isə yalan!

Səadət Qərib
Şair

Ziyalılar.az