Ana səhifə Ziyalılarınız Ümumi mənafe naminə, millət naminə insanın iddiaları böyük olmalıdır-TURAL İRFAN

Ümumi mənafe naminə, millət naminə insanın iddiaları böyük olmalıdır-TURAL İRFAN

101
0

Ümumi mənafe naminə, millət naminə insanın iddiaları böyük olmalıdır.

Napaleondan soruşdular ki, sən necə böyük hökmdar oldun? Cavab verdi ki, mən Tanrı olmaq istəyirdim, hələ hökmdar oldum!

İrəvan, Göyçə, Zəngəzur bizə qayıtmalıdır. Ya hamımız qırılmalıyıq, ya da dədə-baba torpaqlarımızı qaytarmalıyıq. Dünyada Fələstin ərəbləri, Çeçen milləti və digər azsaylı xalqlar böyük güclərə qarşı mübarizə və dirəniş göstərir, öz torpaqlarını əldən verməməyə çalışırlar. Ən azı asanlıqla “bağışlamaq” istəmirlər torpaqlarını. Şübhəsiz ki, tarix təkrar olunur. Və dünyada mövcud olan heç bir güc əbədi deyil. Haçansa məqam gələndə o millətlər öz torpaqlarına yenidən sahib olacaqlar.

Biz də mübarizə və müharibə ilə türk dünyasının düşməni olan mənfur erməni qəsbkarlarına qarşı savamalıyıq.

Biz bütün Ermənistanın, yəni bizim əzəli torpaqlarımızın bizə qaytarılmasını tələb etməliyik.

Səddam Hüseyin 1990-cı ildə Küveytin vaxtilə İraqın bir vilayəti olduğunu əsas gətirərək müstəqil bir dövlətə daxi olmuşdu. Doğrudur Səddamın öz hakimiyyətinin qüsurlu olması və dünya üçün təhlükə doğurması səbəb oldu ki, onu Küveytdən çıxardılar. Ancaq əvvəlcədən böyük dövlətlərlə düzgün siyasət qura bilsə idi şübhəsiz ki, ona göz yumacaqdılar. Krım və Rusiya məsələsi kimi…

Mən deyə bilmərəm Səddam o zaman nə dərəcədə haqlı idi. Amma bu gün bizim bütün Ermənistan torpaqlarına iddiamız tam haqlı sayıla bilər. Çünki mərhum Orxan Camalın təbirincə desək, bütün Ermənistan ərazisi Azərbaycan torpaqlarıdır.
Qarabağı, İrəvan, Göyçə, Zəngəzuru qaytarıb digər əraziləri də fəth edərək bu gün ermənilər Qarabağı saxladığı kimi saxlamaq lazımdır.

Düzdür, bu iddia gülməli səslənə bilər. Ancaq Babək Xürrəmi bir qərinəyə yaxın böyük bir Abbasi imperiyasını xof içində saxlamadımı? Məgər biz Babəkin nəvələri deyilikmi?
Düşünürəm ki, biz savaşa başlasaq, bizə öz səmimi dəstəyini açıq elan edən qardaş dövlətlərlə həmrəy şəkildə itirilmiş bütün tarixi torpaqlarımızı qaytarmağa qadirik. Lazım gələrsə bu savaşı 20 il davam etmək lazımdır. Məgər 20 ildir gözləmirikmi? Bu 20 ilə yaxın zamanda şəhid olanları, qaçqın düşənləri hesablasaq elə savaş zamanı ölənlərdən daha çox zərərçəkənin olduğunu görərik.

Odur ki, savaşmağa gecikirik. Artıq Qarabağda, Göyçədə, İrəvanda, Zəngəzurda doğulanlar dünyasını dəyişir, öz yurdlarını görmədən. Yeni gələn nəsil onlar qədər maraqlı və həsrətli olmayacaq o yerlərə istər – istəməz…

Bütün mümkün vasitələrdən istifadə edərək faydasız danışıqlar aparmaqdansa bütün mümkün vasitələrdən istifadə edərək savaşmaq lazımdır.

Dünya birliyi, BMT, ATƏT heç bir zaman savaşın, torpağınızı qaytarın, deməyəcək. Biz savaşı başlasaq qısa müddət ərzində öz maraqları üçün savaşın durması üçün mütləq məsələnin bizim xeyrimizə həlli üçün hərəkətə keçəcəklər.

Min nəsihətdən bir müsibət faydalıdır. 20 il danışıqlardansa 2 il savaş aparsaydıq Qarabağ çoxdan qayıtmışdı, indi də Zəngəzurda məşğul idik.

Ağıllı fikirləşincə dəli vurub çayı keçir. Bir dəli Koroğlu nərəsi çəkib qəfil və arasıkəsikməz hücumla bir sabah Xankəndində ola bilərik. Bu, belə də olacaq!

Tural İrfan  İlahiyyatçı-yazar

Ziyalılar.az