Ana səhifə Mədəniyyət Astara şəhər Musiqi Məktəbinə Azərbaycanın Xalq artisti,bəstəkar Oqtay Kaziminin adı verildi

Astara şəhər Musiqi Məktəbinə Azərbaycanın Xalq artisti,bəstəkar Oqtay Kaziminin adı verildi

193
0
Astara şəhər Musiqi Məktəbinə Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar Oqtay Kazıminin adının verilməsi ilə bağlı rayonun bir çox ziyalıları Mədəniyyət komitəsinin sədri olaraq mənə müraciət ünvanlamışdılar. Eyni zamanda Astara rayonunu təmsil edən millət vəkili həmkarım, dəyərli ziyalı Rəşad Mahmudovla bu məsələ ətrafında söhbətimiz zamanı ziyalıların müraciətinin müsbət həllini tapmasının rayon sakinləri arasında məmnunluqla qarşılanacağını bildirmişdi. Bu məsələyə baxılması xahişi ilə hörmətli baş nazir Əli Əsədova Mədəniyyət komitəsi adından etdiyimiz müraciət öz müsbət həllini tapmışdır. Oqtay Kazimi Astarada doğulub və doğma şəhərdə adının əbədiləşdirilməsi, habelə bu xəbərin onun anım günü ərəfəsində eşitməyimiz bizdə xüsusi məmnunluq doğurur. Görkəmli bəstəkarımıza ulu Tanrıdan rəhmət diləyərkən, onun adını daşıyacaq məktəbdə musiqi təhsili alacaq şagirdlərə isə böyük gələcək arzulayırıq. Hörmətli Baş nazirimiz Əli Əsədova Mədəniyyət Komitəsi və Astara rayon ziyalılarının müraciətinə bu cür həssas münasibətindən dolayı təşəkkür edir, məsuliyyətli və şərəfli işində uğurlar arzulayırıq.
MM Mədəniyyət Komitəsinin sədri
Qənirə Paşayeva