Ana səhifə Cəmiyyət Gələcəyin igidləri – yeniyetmə güləşçilər

Gələcəyin igidləri – yeniyetmə güləşçilər

107
0

 

Uşaqlar bizim gələcəyimizdir. Sağlam gələcək naminə bu gün ölkəmizdə idman sahəsi böyük inkişaf yolu keçməkdədir. Gələcəyin əsgəri, generalı, qəhrəmanı bu günki uşaqlar, gənclərdir. Əsil-nəsil, ədəb-əxlaq, istedad baxımından məhz gələcəyimizin parlaq simaları olacaqları inamı ilə iki yeniyetmə idmançımızdan söz açmaq istərdik.

Əhməd Fəzlullah 06 avqust, 2007-ci ildə Gəncə şəhərində doğulub. Hazırda Abşeron rayonu, Masazır kənd, Ə. Vahid adına orta məktəbin 7-ci sinfində oxuyur. Bir neçə ildir ki, Abşeron Güləş məktəbinin üzvüdür. Sərbəst güləş üzrə dəfələrlə ölkənin müxtəlif rayonlarında keçirilən turnir və yarışlarda qalib olaraq müxtəlif diplom və təltiflərə, mükafatlara layiq görülüb. Əhməd Fəzlullah Abşeron Rayon İdman Məktəbinin 12.05.2019 də təşkil etdiyi, 2006-2008 il təvəllüdlü yeniyetmələr arasında keçirilən Sərbəst güləş üzrə Açıq birinciliyində 41 kq çəki dərəcəsində 2-ci yerə, yenə həmin məktəbin 19.05.2019 də təşkil etdiyi Açıq birincilikdə 41kq çəkidə 3-cü yerə, 26.09.2019 də təşkil olunmuş 2006-2011 ci il təvəllüdlü yeniyetmələr arasında Açıq birincilikdə 41kq çəki dərəcəsində 2-ci yerə, 22.06.2019 də Azərbaycan Respublikası “Silahlı Qüvvələrinin yaranması günü” nə həsr olunmuş sərbəst güləş üzrə açıq rayon birinciliyində 43 kq çəki dərəcəsində 2-ci yerə layiq görülərək Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi Beyləqan rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplom və medallarla təltif olunub. Həmçinin 29.09.2019 də 2002-2012 ci illər təvəllüdlü yeniyetmələr arasında keçirilən açıq birincilikdə sərbəst güləş üzrə 1-ci yerə sahib olaraq Diplom, medal və Kubokla mükafatlandırılıb. Keçirilən “İlin pəhləvanı” naminasiyasında öz çəkisi üzrə qalib olaraq fəxri diplomlara layiq

görülüb. Ə. Fəzlullah orta məktəbdə də nümunəvi şagirdlərdəndir. Ara-sıra şeir də yazır.

Əhməd Nəsrullah Umud 31. 10. 2011-ci ildə Tovuz şəhərində anadan olub. Hazırda Abşeron Rayon, Masazır kənd, Ə. Vahid adına 1 saylı orta məktəbin 2-ci sinif şagirdidir. 6 yaşında sərbəst güləşlə məşğul olur. Abşeron Rayon İdman Məktəbinin aktiv güləşçilərindəndir. Mütəmadi olaraq Abşeron rayonunu yarışlarda təmsil edərək qaliblər sırasında olur. 12.05.2019 ildə Abşeron ÜGİM – in 2006-2011 ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən Sərbəst Güləş üzrə açıq birincilikdə 27 kq çəki dərəcəsində tutduğu 2 – c yerə görə diplom və medalla təltif olunub. Habelə, 19.05.2019 ildə 2006-2008 ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən yarışda 3-cü yerə, 26.06.2019- cu ildə Respublika turnirində 27 kq çəkidə 2 ci yerə layiq görülərək medal və diploma layiq görülüb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması gününə həsr olunmuş sərbəst güləş üzrə açıq rayon birinciliyində 27 kq çəki dərəcəsində 1 – ci yerə layiq görülərək Əhməd Nəsrullahumud Tural oğlu Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin Diplomu və Kubokla təltif edilib. 19.07.2019 ildə 26 kq çəkidə keçirilən açıq birincilikdə Abşeron rayonu üzrə 2 ci yerə layiq görülərək diplom, medalla təltif olunub. “Gənclər Paytaxtı-2019” Şamaxı rayonunun seçilməsi ilə əlaqədar Sərbəst güləş idman növü üzrə yeniyetmələr arasında Respublika turnirində 26 kq çəki dərəcəsində 2- ci yeri tutduğuna görə “Şirvan” Güləş klubunun prezidenti Oleq Krapivin tərəfindən Diplom və medalla təltif olunub. 29.09.2019 də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Binəqədi Rayon İdman Məktəbi sərbəst güləş üzrə yeniyetmələr arasında keçirdiyi 2002-2012 təvəllüdlülər arasındakı Açıq birincilikdə 1 – ci yeri tutduğuna görə təltif olunub. Həmçinin 2019 cu il üzrə keçirilən “İlin güləşçisi” müsabiqəsinin qalibi olaraq, öz çəki dərəcəsi üzrə Fəxri diploma layiq görülüb.
Umud da orta məktəbdə əla qiymətlərlə oxuyur, nümunəvi şagirdlərdən biridir.


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı gənclər siyasətinin səmərəli təcəssümü nəticəsində məhz bu cür yeniyetmələr, gənclər yetişməkdədir. Hər iki yeniyetmə idmançımıza uğurlar arzulayırıq. Arzu edirik ki, daha da zirvələrə doğru addımlasınlar, bayrağımızı dünyanın ən ucqar nöqtələrində ucalara qaldırsınlar. Azərbaycan belə uşaqlarla, belə gənclərlə fəxr edir. Fəzlullah və Umud qardaşları da Azərbaycanla fəxr edirlər.

 

Bəxşeyiş Qarabağlı

Ziyalılar Mərkəzi İdarə Heyətinin üzvü

Ziyalılar Mərkəzi  Ali Məclisinin sədri

“Həqiqət meyarı” qəzetinin baş redaktoru

“Nöqtə” ictimai siyasi hüquq qəzeti
1(173)12 avqust 2020-cil

Ziyalılar.az