Ana səhifə Mədəniyyət MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış aktyoru təbrik etdi

MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış aktyoru təbrik etdi

302
0
Tanınmış aktyor Allahverdi Yolçuyevi Mədəniyyət Komitəsində qəbul edərək, aktyorun qarşıdan gələn ad gününü (avqustun 20-i) təbrik etdik, yeni sənət uğurları arzuladıq, qayğıları ilə maraqlandıq. Artıq Mədəniyyət Nazirliyi və bir sıra digər qurumlarla tanınmış aktyor Allahverdi Yolçuyevin qayğı və problemləri, səhhəti ilə bağlı danışmışıq və ümidvarıq ki, uzun illərdir sənət aləmində olan tanınmış aktyorun qayğıları diqqətdə saxlanılacaq. Allahverdi müəllimə can sağlığı, yaradıcılıq fəaliyyətində bundan sonra da uğurlar arzu edirik.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri
Qənirə Paşayeva
 Ziyalılar.az