Ana səhifə Siyasət Meksikada Ermənistanın son hərbi təxribatı işıqlandırıldı

Meksikada Ermənistanın son hərbi təxribatı işıqlandırıldı

19
0

Azərbaycanın Meksikadakı səfiri Tovuz döyüşləri barəsində əcnəbi ictimaiyyətini məlumatlandırıb.

Belə ki, Meksikadakı səfirimiz Məmməd Talıbovun bu ölkənin “ADR Networks” internet televiziyasının “Hoy en el mundo para ti” (Dünyada bu gün baş verənləri sənə çatdırırıq) verilişində efirə getmiş müsahibəsi və “ContraRéplica” gündəlik qəzetində dərc olunmuş “Azərbaycana qarşı təcavüz davam edir” başlıqlı məqaləsində Ermənistanın son hərbi təxribatı barədə məlumat verilib.

Səfir, hər iki media orqanı vasitəsilə Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixindən etibarən Tovuz istiqamətində növbəti dəfə atəşkəs rejimini pozduğunu, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqları sabotaj etmək istəyən Ermənistanın rəhbərliyinin məqsədinin xalqın diqqətini bu ölkədə mövcud olan ağır sosial-iqtisadi və siyasi vəziyyətdən yayındırmaq olduğunu bildirib.

Azərbaycanın daim beynəlxalq hüquq və sülh mövqeyindən çıxış etdiyini, regional və beynəlxalq əməkdaşlığa can atdığını deyən diplomat, Azərbaycanın inkişaf etmiş, güclü, sivil və demokratik bir ölkə kimi öz ərazisində başqa dövlətin silahlı qüvvələrinin olmasına tamaşaçı qalmayacağını və beynəlxalq ictimaiyyətin Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmağı qəti şəkildə tələb etməsinin vaxtı çatdığını bir daha diqqətə çatdırıb. Səfir, Azərbaycan xalqının, işğal olunmuş ərazilərdən qovulmuş insanlarımızın beynəlxalq ictimaiyyətdən doğma torpaqlarına qayıtmağı tələb etdiyini bildirib.