Ana səhifə Gündəm Ramiz Mehdiyev – Nüşabə bənzərliyi : Ad ...

Ramiz Mehdiyev – Nüşabə bənzərliyi : Ad günündən toya

30
0

Koronovirus bəlasıyla üzləşən bəşəriyyət neçə vaxtdır pandemiya ilə ciddi mübarizə aparır. Dünyanın bütün ölkələrində xəstəliyin yayılmasının qarşısını almaq üçün sərt karantin qaydaları tətbiq olunur, müvafiq tədbirlər görülür.

Azərbaycanda da sərt karantin rejimi ilk gündən yüksək səviyyədə təşkil olunub, xalqımızın bu bəlayla üzləşməmısi üçün bütün qabaqlayıcı tədbirlər həyata keçirilməkdədir.

Bu, dövlətin, Prezident İlham Əliyevin gücü və səyi nəticəsində baş tutub.

Bəs görək xüsusi karantin qaydalarına vətəndaş olaraq əməl edirikmi?

Karantin elan olunan günlərdə bir çox qanun pozuntularıyla hamımız rastlaşdıq. Qaydaları pozanların barəsində tədbirlər görüldü, cərimələr yazıldı. Bu da alqışa layiqdir.

Bu yazıda biz karantin qaydalarını ciddi şəkildə pozan məmurlar, ictimai xadimlər və sənət adamları barədə qeydlər aparmaq istəyirik.

Cəmiyyətin bu təbəqəsinin üzvləri daim cəmiyyətə örnək olmalıdır. Necə deyərlər xoş və yaxşı örnəklərlə cəmiyyətə nümunə olmalıdırlar. Amma…

Ötən günlərdə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinə məclis düzənləyib, toy keçirməsi heç cəmiyyətin alqışı ilə qarşılanmadı. Əksinə bəyük ictimai qınaq toyun təşkilatçılarından olan Ramiz Mehdiyevin kürəkəni eks millət vəkili İ.Əliyevin və qudası Rövşən Mustafayevin həbsi ilə nəticələndi.

Elm adamlarının Ramiz Mehdiyevdən AMEA-da ciddi islahatla, əsaslı dəyişikliklər, maaş sistemində artım, gənc alimlərin həyat və sosial şəraitinin yaxşılaşdırılmasını gözlədiyi halda AMEA prezidentinin qanunsuz toyunun sədalarını eşitdi.Təbii ki , bunu “alqışlayan” da az olmadı…

Haşiyədən kənara çıxıb bir məsələyə də toxunmaq istəyirəm. Çox yaxın bir dostum fevral ayından AMEA-nın elmi instutlarında işə qəbul üçün akademiyanın prezindetinin əmrini gözləyir. Elmi instutun direktoru aylardır dostumuzu əmin edib ki, Ramiz Mehdiyev əmr imzalamayıb. İmzalayan kimi işə qəbul baş tutacaq. Necə deyərlər sən saydığını say, gör fələk nə sayır…

Dostumuz Ramiz Mehdiyevin işə qəbulla bağlı əmrini gözlədiyi bu karantin günlərində digər “möhtəşəm” bir mənzərini görüb “ey həyat sən nə qəribəsən” mahnısına təkrar qulaq asıb təəccübündən susmaqla kifayətlənib.Əli Bəy Hüseynzadənin təbrincə desək “qəm yemə, səbr et, bu da yahu keçər”.

Məşhur “Bəxt üzüyü ” filmindəki Söylünün bir monoloqu yazının sonunda qolumdan tutur. Söylü kinoda deyir ki: Ayə, Moşu, di gəl dana başdıyır ee. Rasim qağa deyir ki, Hindiskidir, qavağı ağlamalıdır, dalı hırıldamalı.

Sözün əsl mənasında bu yazının əvvəlinin ağlamalı olması məhz AMEA prezidentinin nəvəsinə toy etməsiylə bağlıdır. Ramiz Mehdiyevin kürəkəni ilə quda olan Rövşən Mustafayevin də cəza almasını işıqlandıran mətbuat nümayəndələrinə, qaqaş bu klipi harda göstərcəksiniz?- deməsi Moşunun monoloqunu yada salır. Nə kinosudur elə?

 

Sumqayıt şəhərində yerləşən “Amore” restoranında özünə ad günü keçirən müğənni Nüşabə Musayeva da keçirdiyi çal-çağırdan sonra özünün “İnstagram” səhifəsində bu xəbəri inkar edib, hələ yüngül desək, sayt rəhbərlini də günahkar çıxartdı. Guya sayt rəhbərləri müğənninin olmayan xəbərini yazıb sensasiya yaradıblar.

Müğənni sosial şəbəkədə paylaşdığı videoda ilk olaraq ad gününün 29 avqustda olmasını şəxsiyyət vəsiqəsini göstərməklə sübut edir.

Bu yerdə bir sual yaranır ki, Nüşabə xanım əgər ad gününüz 29 avqustadırsa niyə əvvəlcədən ,bir neçə gün əvvəl ad günü edirsiniz?

Cavabı da aydındır. Nüşabə xanım düşünüb ki, 29 avqustda yenidən karantin rejimi elan oluna bilər və Nüşabə xanımın da növbəti təmtəraqlı ad günü baş tutmaya bilər.

Paylaşdığı videoda kimsəyə hesab vermək məcburiyyətində deyiləm və heç zaman da hesab verməmişəm,- deyərək günahı boynundan atıb. Ara yerdə sayt rəhbərlərini, jurnalistləri borclu çıxardan müğənninin
heç kimə hesab vermək kimi borcu olmasa da dövlətin qayda-qanunlarını pozduğu üçün ondan əsaslı şəkildə hesabat istənilir.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq ad günü restoranın sahibi Oqtay Mirzəyev 3000 manat, müğənni Nüşabə Musayeva və onun ad günü şənliyində iştirak edənlərin hər biri 200 manat məbləğində cərimə edilib.

Nüşabə xanım “İnstagram” səhifəsində ad günündə rəqs etdiyi videoları paylaşıb. Bütün videolarda da əynində həmin ağ paltar görünür.

Nüşabə Musayevanın ad günündə geyindiyi paltarın brend dükanının “İnsragram” səhifəsində 9 avqustda görünməsi nəzərimizdən yayınmadı.

Digər bir məaraqlı məqam isə ad günündə iştirak edən qonaqların da öz səhifələrində paylaşdığı şəkillərdir.

 

Doğurdan da yazının əvvəlində də qeyd etdiyimiz kimi yazının əvvəli çox gülməlidir. Axı Nüşabə Musayevə niyə dövlətin qayda-qanunlarına əməl etmir? O, incəsənət sahəsində hansı xidmətlərinə görə qanun pozmağı özünə borc bilir?

Savalan Talıblı
/Analoq.az/

Ziyalılar.az