Ana səhifə cəbhə xəbərləri Ermənilər Tovuzun Ağdam kəndini atəşə tutdu

Ermənilər Tovuzun Ağdam kəndini atəşə tutdu

27
0

Ermənistan ordusu Tovuz rayonu istiqamətində yaşayış məntəqələrini yenidən atəşə tutub.

APA-nın məlumatına görə, bu gün saat 11.00 radələrində rayonun Ağdam kəndi iriçaplı silahlardan atəşə tutulub.

Nəticədə, Süleymanov Paşa Abbasəli oğluna məxsus evə ziyan dəyib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Düşmən cavab atəşi ilə susdurulub.