Ana səhifə Ölkə Ziyalılar Mərkəzi şair Qəni Hüseynovu təbrik etdi

Ziyalılar Mərkəzi şair Qəni Hüseynovu təbrik etdi

162
0

 

Laçın rayonundan didərgin düşmüş şair, publisist, müəllim, bir neçə kitab müəllifi, “Yurd həsrəti” qəzetinin təsisçisi və baş redaktoru Qəni Hüseynovun (Qəni Qəmli) doğum günüdür. Onun 57 yaşı tamam olur. Ziyalılar Mərkəzi adından şairi təbrik edir, ona Laçınlı günlər arzulayırıq. Qeyd edək ki, Qəni Hüseynov köçkünlük şəraitində yaşadığı ən ağır və ağrılı günlərdə vətənpərvərlik qəzeti təsis edərək, əksər vaxtlarda öz maaşı, məvacibi hesabına bu qəzeti mütəmadi olaraq işıqlandırmış, qan yaddaşımızı təzələmiş, təbliğ etmişdir. Bir çox tanınmış şair, yazar bu qəzetin əməkdaşı olmuş, qəzetdə məqalələri çap edilmişdir. Şair, publisist, Dünya Gənc Türk Yazarlar Birliyinin, Dünya Azərbaycanlıları Yazıçılar Birliyinin üzvü Ramil Hüseynli, şair, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Tural İrfan uzun müddət “Yurd həsrəti” qəzetinin əməkdaşları olublar.
Bir daha Qəni müəllimi təbrik edir, ona möhkəm can sağlığı və uzun ömrü arzu edirik.

Ziyalılar.az