Ana səhifə Ədəbiyyat YETMƏDİMİ BUNCA ŞƏHİD? -TƏNHA BULUD(şeir)

YETMƏDİMİ BUNCA ŞƏHİD? -TƏNHA BULUD(şeir)

113
0
Yetmədimi bunca şəhid,yetmədimi?
Bitmədimi bu fitnələr,bitmədimi?
 
Oğuz türkü yeniləcək millət deyil!
Haylar çaqqal sürüsüdür,xilqət deyil!
 
Vətən,sənin əsgərlərin vətən daşın,
“Başın sağ olsun” deyirik,hanı başın?
 
İçin düşmən,çölün düşmən,yazıq yurdum,
Sadiq Vətən övladları güclü ordun.
 
Ulu Tanrı dayaq olsun,Vətən ,sənə!
Daş tullayır bu gün yoldan ötən sənə.
 
Qanadının yarasına dərman olaq,
Vətən üçün birlik olaq,bir can olaq!
 
Tənha Bulud hər zərrənə olsun fəda,
Şimşək olsun,sərhəddində dönsün oda.
Oğlum-qızım,canım olsun qurban sənə,
Utanmayaq,biz baxanda xəritənə.
Tamara Nadirova /Tənha Bulud/
Ziyalılar.az