Ana səhifə hüquq “Pikap” müzakirəsinə sözardı: Şəxsi mülkiyyət sahibindən necə alına bilər? – HÜQUQİ RƏY

“Pikap” müzakirəsinə sözardı: Şəxsi mülkiyyət sahibindən necə alına bilər? – HÜQUQİ RƏY

42
0

“Mülkiyyətçinin əmlakı yalnız məhkəmə qaydası ilə müsadirə oluna bilər”.

Bunu Cebhe.info-ya açıqlamasında Milli Cəbhə Partiyasının üzvü, hüquqşünas Vüqar Dadaşov mülkiyyətçinin əmlakının hansı halda əlindən alınması barədə suala cavabında deyib.

Hüquqşünasın sözlərinə görə, məhkəmə predmeti olmadan heç bir inzibati orqan vətəndaşı, tərəfi mülkiyyətdən məhrum edə bilməz:

“Bu birmənalıdır, amma bu, həm də qoyulmuş məsələdən aslıdır. Mülkiyyətə qarşı hər hansı bir tədbir görülə bilər, amma vətəndaşın ondan tamamilə məhrum edilməsi yalnız məhkəmə qaydasında mümkündür”.

Şəxsə məxsus “Pikap” tipli avtomobillərin postda saxlanılmasına gəlincə, hüquqşünas bildirib ki, dövlət maraqları üçün bu qanunauyğundur:

“Müharibə şəraitinə hazırlıq mərhələsində bütün bunlar yolveriləndir. Bu, beynəlxalq normalarda da var. Bütün müharibə aparan ölkələrdə bu normalar tətbiq olunur. Avtomobili tam şəkildə mənimsəmə halı yoxdursa, bunu heç cür qiymətləndirmək olmaz ki, kimsə onu mənimsəyib və ya alıb. Amma müharibə şəraitinə uyğun olaraq, bu avtomobillərin istifadəyə götürülməsi qanunauyğundur. Hərbi nəqliyyat vasitələrinin uçot qaydalarına istinadən, bu addım həyata keçirilir.

Həmin normalara görə, bu avtomobillər götürülüb istifadə olunur. Müharibə, yaxud hansısa fövqəl hadisələr bitdikdən və dövlət ehtiyaclarını yerinə yetirdikdən sonra əmlak tam şəkldə şəxsə qaytarılır. Əgər avtomobilə texniki və ya hər hansı formada ziyan dəyibsə, dövlət onu tam şəkildə sahibinə ödəyir. Yəni vətəndaşın dövlət qarşısında incikliyi qalmır”.

Xatırladaq ki, son günlər “Pikap” avtomobillərinin polis postlarında saxlanıldığı və təlimə cəlb olunduğu barədə məlumatlar müzakirə olunur.

Alçina Amilqızı

 

                                                                  Ziyalılar.az