Ana səhifə Cəmiyyət Istanbuldan Azərbaycan Ordusuna dəstək

Istanbuldan Azərbaycan Ordusuna dəstək

66
0

Bu gün İstanbul Bəyazid Meydanında Azərbaycan ordusuna dəstək olmaq üçün, Azərbaycanın İstanbulda yaşayan vətəndaşları və Türkiye türkləri bayraqlar qaldırıb, sona qədər Azərbaycanın yanında olaraq, Azərbaycan ordusunu dəstəklədiklərini, ifadə etdilər.

İnsanlarımızın üzlərində Vətən sevgisi işıqlanmışdı. Hamı bir nəfər kimi son ana qədər, hətta son insana qədər savaşaraq haqq torpaqlarımız olan Qarabağı tamlığı ilə işğaldan azad etməyə hazır olduğunu dilə gətirdilər, son coşğu ilə dünyaya vətən və vətəndaş, insan haqları töhvəsini verirdilər.. Bu gecə Gəncə şəhərində dinc əhalinin ağır silahlardan atəşə tutulmasından dolayı canını itirən vətəndaşlarımızın o cümlədən indiyə qədər öldürülən sivil insanlarımızın və az yaşlı uşaqlarımızın qatilləri erməni terroristilərinə və onlara dəstək verən terroristləri lənətləyirik.

Biz, istənilən halda vətənə dönüb əsgərlərimizin yanında olmağa hazırıq. Hamımız əsgərik, hamımız şəhidik. Bu yolda ancaq Azadlıq var!

Bayrağı əlimdə görən bir gənc yaxınlaşıb Azərbaycan dilində olarmı bu bayrağı öpüm dedi. Əlbəttə dedim buyur, öpdüktən sonra dedi ki, mən də müharibəyə qatılmağa hazıram. Bizim Güneyimiz, Quzeyimiz yoxdur, bir Azərbaycanımız var. Gözlərim yaşardı sevincimdən, hamı mənə baxırdı. Vətən üçün axan göz yaşı dirilişdir, dirilişin mübarək xalqım!.

Bu gün təkcə meydanda deyil, meydandan sonra, keçdiyimiz yollarda hamı bizə və bayrağımıza salam verirdi. Hətta altmış yaşında olan kişilərin bu gün ana vətəni Azərbaycanda döyüşməyə hazır olduğuna canı könüldən şahidi olduq. Üç dörd yaşlarında bir uşaq ayağımı üzdü, həyəcan dolu bağırdı “anne, anne bak kardeş ülkenin bayrağı”.

Tədbirdə çıxış edənlər qardaş Pakistan dövlətinə təşəkkür edib, o xalqın, doxsan ikinci ildə də yanımızda olduğunu bildirdi və bütün dəstəkçi ölkələrə təşəkkür etdilər. Toplantıda  Qarabağ Qazisi Rüxsarə Cumayeva (Qarabağın Tutusu) və Millət Vəkili Şamil Ayrım və digər qiymətli insanlar çıxış etdilər.

Dəstəyə Türkiyə, Türkmən, Özbək, Əfqanıstan, Qarapapaq və Güney Azərbaycan türkləri və s qatılmışdılar. Hamı üçün vətən birdir, Qarabağ hamımızın ruhudur. Zəfər haqqı olanındır, bu haqqı kimsəyə vermərik. Ya Qarabağ, Ya Ölüm!

Gülnarə Israfil paylaştı: 4 Ekim 2020 Pazar

Gülnarə Israfil paylaştı: 4 Ekim 2020 Pazar

İstanbul Bəyazid Meydanı bu gün.

Gülnarə Israfil paylaştı: 4 Ekim 2020 Pazar