Ana səhifə Gündəm Qənirə Paşayeva Əziz Ələkbərlini təbrik etdi

Qənirə Paşayeva Əziz Ələkbərlini təbrik etdi

44
0

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva komitənin üzvü, “Erməni işğalı nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi ziyanın hesablanması və qiymətləndirilməsi üzrə İşçi Qrupu”nun üzvü dos.dr. Əziz Ələkbərlini 60 illik yubileyi münasibəti ilə təbrik edib. Qənirə Paşayeva yubilyarın Mədəniyyət komitəsi ilə ya­naşı, Əmək və sosial müdafiə komi­təsinin, eləcə də, Toponomiya komissiyasının üzvü olaraq da, tanınmış alim və jurnalist olaraq da məhsuldar ictimai-siyasi, elmi, ədəbi fəaliyyətlə məşğul olduğunu deyib. Əziz Ələkbərlinin habelə Azərbaycan Milli Ensiklopediyasının böyük redaktoru, Milli Ensiklo­pe­diyanın müəl­liflərindən biri və “Erməni işğalı nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi ziyanın hesablanması və qiymətləndirilməsi üzrə İşçi Qrupu”nun üzvü kimi, mədəni irsin öyrənilməsi ilə həm də, Azərbaycan həqiqətlərinin təbliğinə töhfələr verdiyini vurğulayıb. Yubilyarın çoxşaxəli faəliyyəti nəticəsində araya-ərsəyə gətirilmiş onlarla əsərin oxucuların geniş marağına səbəb olduğunu bildirən Qənirə Paşayeva, bununla kitabxanalarımızın tez-tez müraciət edilən dəyərli qaynaqlar əldə etdiyini deyib. Komitə sədri Əziz Ələkbərlinin əsərlərinin kütləvi tirajla nəşr edilməsini, bir çox xarici dilə çevrilməsini, onun daha çox Qərbi Azərbaycan torpaqlarının tarixi, coğrafiyası, mədəniyyəti və folklorda tarixilik problemləri ilə məşğul olduğunu məmnunluqla xatırladıb. 5 oktyabr – Müəllimlər Gününə təsadüf edən doğum gününün yubilyarın həyat və fəaliyyəti ilə rəmzi uyğunluq təşkil etdiyini söyləyən xanım Paşayeva, onu bir daha təbrik edib, möhkəm can sağlığı, yaradıcılığında, Millət vəkili fəali­y­yətində ye­ni uğurlar arzulayıb.