Ana səhifə Ədəbiyyat Tənha Bulud – ...

Tənha Bulud – Qarabag Azərbaycandır

35
0

 

 

Ölüm-qalım savasında can alırıq,can veririk,

Bu torpağın yarasına məlhəm olur səhid qanı,

Ana yurdun parçaları birləşdikcə, dirçəlirik.

Qoy tanısın dunya bu gun qəhrəman Azərbaycanı!

 

Bu gun xalqın hər bir üzvu bir əskərdir Vətəninə,

30 illik  bir həsrətə son qoymağa qərarlıyıq.

Sancıldıqca bayrağımız azad olmuş hər elimə,

Zəfər eşqiylə çırpınır ürəyimiz,vüqarlıyıq.

 

Əsrlərin sınağından,süzgəcindən keçib gəldik,

Böluk-böluk bölunmuşuk,odur sinəsi dağlıyıq.

Bu gun butöv bir orduyuq,düşmənləri biçib gəldik,

Yenilməzdir birliyimiz,hamımız Qarabağlıyıq.

 

Bu gun əskər anaları bir əskərdir özləri də.

“Təki bu Vətən yaşasın,qov yağını ,canım oğul!”

Qələbəyə ilham verir atəş saçan sözləri də:”

Torpaqlaşan,vətənləşən,can Azərbaycanım oğul”

 

Azad edək yurdumuzu,gəzək gözəl duzlərini,

Biz bir millət,iki dövlət,butun cahan bunu bildi.

Qoy eşitsin bütün dünya türkün addım səslərini,

Bu Allahın ordusudur,Haqqını almağa gəldi.

22.10.2020.