Ana səhifə cəbhə xəbərləri Hikmət Hacıyev Bərdəyə raket hücumundan yazdı: 3 mülki şəxs həlak olub, 10...

Hikmət Hacıyev Bərdəyə raket hücumundan yazdı: 3 mülki şəxs həlak olub, 10 nəfər uşaq və qadın ağır yaralanıb

18
0

“Ermənistanın Bərdə rayonuna etdiyi nəhəng raket hücumu nəticəsində 3 mülki şəxs həlak olub və 10 nəfər uşaq və qadın ağır yaralanıb. Ermənistanın hərbi cinayətləri davam edir”.

Ziyalılar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Bu gün Ermənistan Müdafiə Nazirliyi sərt zərbə endirəcəyinə dair açıqlama vermişdi. Bununla onlar mülki şəxsləri, uşaqları və qadınları nəzərdə tuturlar”, – o qeyd edib.

Ziyalılar.az