Ana səhifə analitik təhlil ABŞ-ın növbəti Prezidenti kim olacaq və ABŞ-ın Azərbaycan siyasəti dəyişəc Hüquqşünasın analitik...

ABŞ-ın növbəti Prezidenti kim olacaq və ABŞ-ın Azərbaycan siyasəti dəyişəc Hüquqşünasın analitik təhlili

36
0

Ölkəmizdə, ABŞ-da bu ilin noyabr ayının 7-də keçiriləcək Prezident seçkilərində indiki Prezident, respublikaçı Donald Trampa rəqib, demokratçıların namizədi Co Baydenin  şəxsi və Azərbaycana münasibəti barədə narahat edici fikirlər mövcuddur. Buna səbəb Co Baydenin “Azərbaycan Ordusunun Qarabağda irəliləyişinin qarşısını almağa, 907-ci düzəlişin tam icrasını təmin etməyə və Azərbaycana hərbi texnikanın satışlarını dayandırmağa” etdiyi çağırışdır. Sözsüz ki, Baydenin ermənipərəstliyinə dair digər məlumatlarda var.

İlk baxışda Co Baydenin qələbəsi real görünsə də, ancaq  onun ABŞ Prezidenti postuna seçilməsi çox çətin məsələdir.

Bunu, hüquqşünas, publisist Vüqar Dadaşov ABŞ-da keçiriləcək Prezident seçkilərinə münasibət bildirərkən deyib.

Vüqar Dadaşov qeyd edib:

“Heç kəsə sirr deyil ki, indiki ABŞ prezidenti Donald Tramp ənənəvi ABŞ siyasəti aparmadı və hətta Prezidentliyi dövründə ABŞ-da ona qarşı impiçment  prosedurUna bir neçə cəhd edildi. Onun, ABŞ Prezidenti postuna seçilməsində “xarici müdaxilə”nin olduğu şübhəsi ilə komissiya araşdırmaları və dinləmələr keçirildi. Ancaq, Donald Tramp Prezidentliyi dövründə ən böyük və çətin sınaqlardan üzü ağ çıxmağı bacardı. Baxmayaraq ki, Donald Tramp özünü siyasətçi hesab etmədiyini bir neçə dəfə dilə gətirib. Ancaq artıq məlumdur ki,  əsl həqiqətdə Trampın özünəməxsus siyasi baxışı  və siyasi gedişləri var.

Birmənalı şəkildə qeyd etmək lazımdır və bu BİR reallıqdır ki, dünya siyasətinin özəyi və ən başlıca istiqamətverici qüvvəsi məhz yəhudi lobbisidir. Tramp isə yəhudi lobbisi ilə ən sıx əlaqəyə malik dövlət başçısıdır  və hətta deyərdim ki, məhz Trampın özü yəhudi lobbisinin bir fiqurudur. Müasir tariximizdə yəhudi lobbisinə, dünya yəhudiliyinə və İsrail dövlətinə Tramp kimi xidmət göstərən ikinci bir siyasi fiqur yoxdur. Trampın ərəb dünyası ilə mübahisəli Yerusəlim şəhərini İsrail dövlətinin paytaxtı kimi tanınmasını elan etdi. Misir, İordaniya, BƏƏ, Baxreyin kimi, aparıcı ərəb ölkələri tərindən yəhudi dövləti İsrailin tanınmasına və onunla diplomatik əlaqələrin qurulmasına nail olan məhz indiki ABŞ Prezidenti Donald Trampdır. Odur ki, Trampın yəhudilərə xidməti olduqca böyükdür və yəhudilər də etibarlı, dürüst millət kimi Trampa qarşlığını verəcəklər.

Bir məqamı da xatırlatsaq yaxşı olar: ABŞ-da Prezident seçki sistemi ənənəvi seçki sistemindən fərqlidir.  ABŞ Prezidentini  xalq birbaşa seçmək hüququna malik deyil və Prezidenti Amerika seçki qanunlarına əsasən, xalq arasında keçirilən birbaşa səsvermədə seçilmiş nümayəndələr seçir. Yəni, seçki gününə qədər ştatlar Konqres üzvü sayı qədər nümayəndə seçir. Axırıncı seçkilərdə ABŞ-da bütövlükdə 538 nəfər nümayəndə seçilmişdi. Amerika qanunlarına görə, ABŞ Prezidenti postuna məhz həmin nümayəndələr seçki keçirir və nümayəndələrin yarıdan çoxu yəni, 538 nümayəndənin 270-dən çox səsini toplamış namizəd ABŞ Prezidenti seçilir. Qısası, ABŞ-da Prezidentin kimin seçilməsi əhalidən yox nümayəndələrdən aşlıdır.

Bundan əlavə, Tramp ABŞ böyük biznesinin nümayəndəsi kimi, ABŞ-ın 1-ci rəqibi Çinlə iqtisadi müharibədən öz ölkəsinin xeyrinə nəzərə çarpan dərəcədə dividentlər əldə edib. Bundan başqa, Tramp birinci seçki öncəsi verdiyi əksər vədləri həyata keçirib, ABŞ-ın lüzumsuz xarici xərclərini azalda bilib. Dünyada iqtisadi vəziyyətin qeyri stabil olmasına baxmayaraq, ABŞ-da iqtisadi və sosial vəziyyəti yaxşılaşdıra bilib. Geosiyasi baxımdan,  Tramp sələflərindən fərqli olaraq dünyada yeni müharibə ocaqları yaratmayan ABŞ Prezidentidir  və  ABŞ əsgərlərinin dünya hərb meydanında mənasız ölüm sayının minimuma endirilməsinə  və xarici hərbi xərclərinin azalmasına nail olan dövlət başçısıdır .

Yeri gəlmişkən qeyd edim ki, ABŞ-da əhali arasında aparılan sorğuya əsasən, sorğuda iştirak edənlərin 56%-i Trampı yenidən ABŞ Prezidenti  görmək istədiklərini bildirib.

Odur ki,  Co Baydenin növbəti ABŞ Prezidenti seçilməsi gözlənilən deyil. Ancaq, hər bir halda onun seçilməsi reallaşarsa belə, Azərbaycana qarşı ABŞ-ın apardığı dövlət siyasəti dəyişməz qalacaq. ABŞ-ın kimin ona rəhbər olmasından  aşlı olmayaraq Azərbaycanın Cənubi Qafqazda və eləcədə dünya siyasi arenasında önəmi düzgün qiymətləniriləcəyi  şübhə doğurmur. Azərbaycanın coğrafi mövqeyi, Avropanın enerji təhlükəsizliyi, tranzit imkanları və Azərbaycanın balanslaşdırılmış dövlət siyasətinə rəğmən, ABŞ-ın Azərbaycana qarşı hər hansı təsiredici və milli maraqlarına zidd siyasət aparacağı və ən əsası da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində neytral mövqeyinin və siyasətinin dəyişəcəyi gözlənilən deyil.”

Vüqar Dadaşov hüquqşunas Qarabağ qazisi

Ziyalılar.az