Ana səhifə Cəmiyyət “Azərbaycan heç kəsin tövsiyəsinə ehtiyac olmadan tarixi- dini abidələrini qoruyacaq” – İlahiyyatçı

“Azərbaycan heç kəsin tövsiyəsinə ehtiyac olmadan tarixi- dini abidələrini qoruyacaq” – İlahiyyatçı

32
0

“Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makronun Qarabağda xristian irsinin qorunması ilə bağlı müraciəti xristian təəssübkeşliyi ilə bağlıdır. Hər nə qədər siyasi baxımdan fərqli qütblərdə görünən dövlətlər olsa da, məsələ dinə, xaça gələndə, Səlib yürüşünə çatanda, onlar birləşir”.

Bunu Cebhe.info-ya açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, ilahiyyatçı Tural İrfan işğaldan azad olunmuş ərazilərimizdə mənəvi dəyərlərin qorunmasından danışarkən deyib.

Onun sözlərinə görə, Rusiya və Fransa düşünür ki, onlardan əvəz çıxmaq üçün bənzər hərəkəti biz də edə bilərik:

“Ermənilərin dini abidələrimizi dağıtdıqlarını, təhqir etdiyini bunlar bilir. Düşünürlər ki, biz də əvəz çıxarıq, qisas alarıq, xristan abidələrini təhqir edərik, yaxud da dağıdarıq. Bu, əsla mümkün olan məsələ deyil. Çünki Azərbaycan nəinki öz daxilində, hətta Avropada belə xristian abidələrinin təmirinə vəsait ayırıb, dəstək verən dövlətdir. Azərbaycanda erməni kilsəsi bu günə kimi sağ-salamat, təmir edilmiş formada qalmaqdadır. Əslində sətiraltı, imperialist barbar təfəkküründən doğan mesaj ötürmək istəyirlər ki, guya dünyada harada xristian abidəsi varsa, bunların ora aidiyyəti var, yaxud da o torpaqlarda yaşayanlar sabiq səlibçilərlə hesablaşmalıdırlar”.

İlahiyyatçı qeyd edib ki, ermənilər dünyaya işğal olunmuş ərazilərimizdəki kilsələri alban yox, erməni kilsəsi kimi təqdim edirlər:

“Böyük ehtimalla əlləri hər yerdən üzülən mənfur düşmən indi də kilsə amilindən yapışmaq istəyir və dünya liderlərinə bu haqda zənglər edərək guya həmin kilsələrdən narahat olduqlarını ifadə edir. Azərbaycanı dini cəhətdən şübhə altına aldırmağı düşünürlər. Azərbaycan dünyada ən tolerant ölkələrdəndir. Ancaq Azərbaycan heç kəsin tövsiyəsinə ehtiyac duymadan öz tarixi, dini abidələrini qorumaqdadır və qoruyacaq”.

Alçina Amilqızı

Ziyalılar.az