Ana səhifə analitik təhlil Rusiyanın Qarabağa sülhməramlı yeritməsi hətta öz qanunlarına belə uyğun deyil

Rusiyanın Qarabağa sülhməramlı yeritməsi hətta öz qanunlarına belə uyğun deyil

54
0

 

“Bu gün, yəni 18.11.2020-ci il tarixdə Rusiya Federal Məclisinin Yuxarı Palatası Rusiya Prezidenti Vladimir Putinə Dağlıq Qarabağa Rusiya ordu birləşmələrinin yeridilməsinə razılıq verib. Prosesdən səkkiz gün sonra  bu sənədin ortaya çıxması 10.11.2020-ci il tarixdə Azərbaycan, Rusiya və Ermənistan arşında imzalanmış bəyanata uyğun Rusiya öz sülhməramlıların Azərbaycana tələm-tələsik yeridilməsinin qaranlıq məqamlarının mövcudluğunun əlamətləridir.”

SNN NEWS.AZ xəbər verir ki, bunu hüquqşünas, Qarabağ  qazisi Vüqar Dadaşov deyib.

Hüquqşünas qeyd edib:

“Əvvəla onu qeyd edim ki, dünən yəni, 17.11.2020-ci il tarixdə Türkiyə Böyük Millət Məclisinin müvafiq  qanunun qəbulundan sonra, Türkiyə silahlı qüvvələri Azərbaycanda Qarabağda sülhməramlı missiyasızda iştirak etməsinə imkan yaranıb. Türkiyə BMM-nin qəbul etdiyi müvafiq qanundan sonra Türkiyə öz hərbi kontingentini Azərbaycana, Qarabağa göndərməyə başlayıb. Bu fakt onu göstərir ki, Türkiyə hüquqi dövlət kimi, həm beynəlxalq həmdə, öz daxili qanunları çərçivəsində hərəkət edir. Rusiya isə tam əksinə olaraq, heç bir qanuna əməl etmədən, Putinin siyasi qərarına əsasən Azərbaycana Qarabağa ordu yeridib.  Bu fakt bir daha sübut edir ki, Rusiya nəinki beynəlxalq qanunlara hətta öz daxili qanunlarına belə əməl etməyən, anacaq güc dili ilə davranan dövlətdir.

Türkiyə ilə birlikdə Azərbaycanda Qarabağda eyni sülhməramlı missiyasını yerinə yetirən Rusiya, Türkiyənin Azərbaycana ordu göndərməsindən öncə qanuni proseduralara əməl etməsi Rusiya qarşı müəyyən suallar doğurub. Bu baxımdan, Rusiya bir gün sonra yəni, 18.11.2020-ci il tarixdə Federal Məclisinin Yuxarı Palatası arxa tarixdə yəni, 10.11.2020-ci il tarixdə Rusiyanın Qarabağa sülhməramlılarının yeridilməsini qanuniləşdirməyə çalışıb.

Bu vəziyyətin özü də Rusiyanın siyasi ictimai elitasında fikir ayrılığına səbəb olmuş, çoxlu suallar ortaya çıxmışdır.  Rusiya prezidentinin sözçüsü Peskov isə Putinin Rusiya silahlı qüvvələrinin Qarabağda istifadə etməsinə Federal Məclisinin Yuxarı Palatasının razılığına ehtiyacın olmadığını bildirmişdi. Vəziyyətlə bağlı Peskovun dedikləri qanuna uyğun idisə onda, Rusiya Federal Məclisinin Yuxarı Palatası Rusiya Prezidenti Vladimir Putinə Dağlıq Qarabağa Rusiya hərbi ordu birləşmələrinin yeridilməsinə arxa tarixə razılıq verməsinin hansı adı  var və hansı hüquqi qüvvəyə malikdir?

Yaranmış gülünc vəziyyətə aydınlıq gətirməyə çalışan Rusiya Federal Məclisinin Yuxarı Palatasının konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin sədri Andrey Klişas “İnterfaks”a müsahibəsində “Azərbaycan Rusiya vertolyotunu Ermənistanın üzərində vurdu, iki hərbiçimiz öldü. Müdafiə haqqında qanuna və Federal Məclisinin 2009-cu il Qərarına əsasən, prezident Federal Məclisinin razılığı olmadan əməliyyat məsələlərini həll etmək üçün qoşun göndərmək hüququna malikdir.”- deyə bildirmişdir. Ancaq, Andrey Klişas bilməmiş deyildi ki, Azərbaycan Rusiyaya məxsus vertolyotu vurandan dərhal sonra, Rusiyadan üzrxahlıq edib, kompensasiya ödəməyə hazır olduğunu bildirib və Rusiya üzrxahlığı qəbul etmişdi. Ona görə də vurulan vertolyotla bağlı heç bir hərbi əməliyyat hərəkətlərinə ehtiyac qalmamışdı. Bu baxımdan məsələ ilə bağlı Andrey Klişasın göstərdiyi hüquqi əsas da etibarsızdır.

Müzakirə etdiyimiz hər iki halda, Rusiyanın Qarabağa sülhməramlılar yeritməsi nəinki beynəlxalq qanunlara eləcədə, Rusiyanın öz qanunlarına belə ziddiyətlidir.

Mövzu ilə bağlı əlavə olaraq qeyd edim ki,  Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən onun Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün əsas məsuliyyətli orqandır.

BMT-nin sülhməramlı yerləşdirilməsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən verilən mandatlar əsasında həyata keçirilir. Sülhməramlılar qarşıya qoyulmuş vəzifəsini siyasi və humanitar vəziyyətə uyğun həyata keçirir. Görünənlər onu deməyə əsas verir ki, Rusiya şantaj, güç dili ilə danışan və heç bir qanun normasına əməl etməyən, sülh və əmin-amanlıq yaradan yox, konfliktlər yaradan və ondan öz məqsədinə istifadə edən ölkədir.”

Ziyalılar.az