Ana səhifə Ədəbiyyat SÜLEYMAN SƏRRAF – DOSTLAR,MƏNİ UZUNDƏRƏ ÇAĞIRIR

SÜLEYMAN SƏRRAF – DOSTLAR,MƏNİ UZUNDƏRƏ ÇAĞIRIR

37
0
DOSTLAR, MƏNİ UZUNDƏRƏ ÇAĞIRIR
İncə dərəsindən olan dostlarım,
Dostlar, məni Uzun dərə çağırır.
Sağı Molla damı, solu Armudlu,
Dostlar, məni Uzun dərə çağırır.
Söykəyib başını Süsən dağına,
Baharda bənziyər cənnət bağına.
Vənədlim baş qoyub düz ayağına,
Dostlar, məni Uzun dərə çağırır.
Başından yenəcəm Oxçu çayına,
Salam söyləyəcəm Qotur suyuna.
Hay verəcək Pərzad yeri hayıma,
Dostlar, məni Uzun dərə çağırır.
Baş qoyaram Qoşa palıd dibində,
Bəlkə çıxar İbiş babam evindən.
Qanfet verər Surxay babam cibindən,
Dostlar, məni Uzun dərə çağırır.
Qənşərimə çıxar Süsənbər qocam,
Şəkər babam öyüdündə bir xoca.
Aşağı kəhrizin suyundan içəm,
Dostlar, məni Uzun dərə çağırır.
Sərrafam, dərvişəm, Allaha qulam,
Dərvişimdə dərvişlərə qoşulam
Ütəlginin sinəsinə daş olam,
Dostlar, məni Uzun dərə çağırır.
Süleyman Sərraf. 19. 11. 2020 – ci il.