Ana səhifə Ədəbiyyat   Vətən torpağım – TƏNHA BULUD ( şeir)

  Vətən torpağım – TƏNHA BULUD ( şeir)

59
0

  Vətən torpağım

Havasında,suyunda min dərdin dərmanı var,

Alti-üstü xəzinə; sirrdir  Vətən torpağım.

 

Azərbaycan torpağı şəhiddir başdan başa.

O səbəbdən işıqdır,nurdur Vətən torpağım.

 

Hər daşının dibində şəhid bitən torpağım

Müqəddəsdir,ocaqdır ,pirdir Vətən torpağım.

 

Ay Kəbənin başına dönüb “ləbbeyk” deyənlər,

Məkkətək,Mədinətək yerdir Vətən torpağım.

 

Qəhrəman Azərbaycan Ordusuna esq olsun!

Müstəqildir,azaddır,hürdür Vətən torpağım.

 

Başında pərvanədir Tənha Buludun sənin,

Düşmən bağrını yaran ərdir Vətən torpağım.

Tamara Nadirova /Tənha Bulud/

Ziyalılar.az