Ana səhifə cəbhə xəbərləri Esmira Günəşin “Unutmadıq Şəhidim!” layihəsində Şəhid Əkbər Hüseynov haqqında yazısı

Esmira Günəşin “Unutmadıq Şəhidim!” layihəsində Şəhid Əkbər Hüseynov haqqında yazısı

246
0

Şəhid Əkbər Hüseynov

Hüseynov Əkbər Bahadur oğlu 11.07.2001 – ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olub. Sabunçu rayonu Tahir Hacıyev adına  252 sayli orta məktəb 1- ci sinifə 2007 -ci ildə daxil olub, 2018-ci ildə məzun olub. 2012 – ci ildə 11 yaşından Kinboxs idman növü ilə məşğul olmağa başlayıb. Qatıldığı yarışlardan diplomlar, medallar nailiyyətlər qazanıb.
Bununla yanaşı Əkbər Hüseynov bədahətən meyxana demek ve şeir yazmaq istedadı olub. Çox zehmetkeş uşaq olub. Orta məktəbi bitirdikdən sonra bir neçə yerdə (idman zalinda, kafede qeylançı və s ) işləyib.
5 iyul 2019 – ci  ildə Hərbi Komissarlıqdan çağırış vərəqi gəlib.15.07.2019 – cildə əsgər gedib.11.08.2019-cu ildə Andiçmə günü münasibəti ilə Əsgər Hüseynov Əkbər fəxri fərmanla təltif olunub.
Goranboy rayonu 130 nömrəli Hərbi hissədə Hüseynov Əkbər  gözəl dostlar tapıb. 3 aydan sonra 4 dost  Əbkər, İqbal, İsrail, Səbuhi  Yevlax rayonu Aran qəsəbəsi 708 saylı hərbi hissəyə aparılıb.1 il 3 ay ərzində uğurların, fəxri fərmanların ardı-arası kəsilməyib.
Bu  müddət ərzində Hüseynov Əkbər Kiçik çavuş rütbəsini alıb.
Müharibə başlanan gün 27.09.2020 -ci il Hərbi hissəyə  həyəcan siqnalı gəlib. Komandir gəlib əsgərlərə xəbər verib. Əkbər ve İqbal tez bir zamanda hazır olduğuna görə  UAZ maşına mindirib Tərtər rayonunun Talış kəndinə aparıb.
29.09.2020 -cil  səhər saatlarında Talış kəndinə düşmənlərin atdığı  minamyot necitəsində hər iki ayrılmaz dost qelpə yarasında Şəhid olublar.
29-u günorta saat 3 radələrində ailəsinə Sabunçu İcra nümayəndəsi tərəfindən bu qara xəbər verilib.
30.09.2020 -ci il tarixində Bakıxanov qəsəbəsi Ş.Kamilov 9  yaşadığı mənzilə getirilib. Sabunçu rayonu Şəhidlər xiyabanında defn olunub.
15 ildən sonra Sabunçu rayonuna ilk gələn Şəhid Hüseynov Əkbər Bahadur oğlu oldu.
08.10.2020 -ci  il bu tarixdə  dostlardan daha biri   Səbuhi  Cebrayıl rayonun alınması zamanı şəhid olur.
708 sayli hərbi hissəyə xəbər gəlir ki, Əkbər Şəhid olub. İsrail bunu eşidib Əkbərin kimliyini götürüb öz formasına yapışdırır və müharibəyə yollanır. İsrail müharibədə 10 gün iştirak edir və yaxın dostlardan  tek qalan  İsrail Suqovuşanda Şəhidlik zirvəsinə ucalır.
Ayrilmaz dostların heyat hekayəsi…
4 dost
4 igid
4 şəhid
4 yarim qalan həyat
4 eyni yazilmış sonluq
Allah hər birinə rəhmət etsin!

*******
Çəkdin sinəmizə həsrət intizar.
Cavan yaşda oldu bu giley güzar.
Sən istəyəsən təki həmişə yazar.
Birində yazardım icazə versən.

Vuruldum ilk gündən qarə telinə.
Əlimdə dəyməyib yarın əlinə.
Qarə gözlərinə, incə belinə.
Heyran da qalardım icazə versən.

********

Xəyalında olum, mən Əkbər təki.
Qəlb evində olum biri və təki.
Bircə istəyim var mənim də təki.
Gözündən düşmüyüm, dilinə düşüm.

Müəllif: Şəhid Əkbər Hüseynov