Ana səhifə araşdırma Gəncə Maarifçiləri iş başında

Gəncə Maarifçiləri iş başında

213
0

Ziyalılar.az saytı təqdim edir:

Gəncə Maarif evinin rəhbəri ilə özəl müsahibə

Bu dəfə həmsöhbətim Gəncə şəhər Maarif evinin rəhbəri İmamverdi Vəliyevdir.
Sual: İlk öncə istərdim ki, izləyicilərimiz sizi daha yaxından tanısın. Buyurun özünüz haqqında izləyicilərimizə məlumat verin.
Cavab: Gəncə Maarif Evi İctimai Birliyinin təsisçisi İmamverdi Vəliyev
Sual: Gəncə Maarif evini yaratmaqda məqsədiniz nə idi?
Şəhərin hər addımını çay evləri götürüb. Gənclərin toplaşıb maariflənəcəyi, pis vərdişlərdən uzaq dura biləcəyi məkanlar, demək olar, yoxdur. Bu səbəbdən mən, İmamverdi Vəliyev dostum  Emin Abbasovla birgə tələbələrin rahatlıqla dərslərini hazırlaya biləcəkləri, lazım olan ədəbiyyatı tapa biləcəkləri bir məkan yaratmaq qərarına gəldik. Biz də istədik, onların çayxanalara yox, kitabxanlara marağını artıraq. Dərslərini hazırlayan tələbələr əziyyət çəkməsinlər, istənilən kitabı rahatlıqla əldə etsinlər. “Çay evi”nin sahibinə fikrimizi deyəndə o da razılıqla qarşıladı və heç bir ödəniş istəmədən təşəbbüsümüzə dəstək oldu. Beləcə bu məkanı təsis etdik.
Sual: Gəncə Maarif evinin failiyyətin insanlara nə kimi faydaları olur?
Cavab: Fəaliyyətimizin ilk günlərindən bir gənc müraciət etdi ki, mən təmənnasız olaraq ingilis dili dərsləri keçə bilərəm. Sonra bir tələbə rus dili öyrədə biləcəyini dedi. Biri dedi, tarix dərsləri verərəm. Ondan sonra ibtidai sinif uşaqları var ki, evdə hazırlaşmaq imkanları yoxdur. Onları da ödənişsiz olaraq öyrədən könüllülərimiz oldu. Bundan sonra rəsm kursları təşkil etdik. Beləcə, demək olar, bir çox fənlər üzrə təmənnasız olaraq hazırlıq qrupları yarandı. Maraqlı orasıdır ki, könüllülərimiz özləri də tələbələrdir və onlar üçün bu, iş təcrübəsi olmaqla yanaşı, cəmiyyət üçün də yararlıdır”.Gəncə “Maarif evi”ndə həmçinin gənc şair və yazıçılar, rəssamlar üçün də qapılar açıqdır. Onlar burada təmənnasız olaraq kitab təqdimatlarını edir, rəsm sərgilərini keçirə bilirlər.
Sual: Maarif evi nə qədər müddətdir ki, fəaliyyətiniz var və nə kimi uğurları olub?
Cavab: Gəncə Maarif Evi 16 iyun 2019-cu ildə təsis olunub. Bu ildə çoxlu uğurlar əldə etmişik. İctimai birliyimiz ədliyyə nazirliyi tərəfindən qeydiyyata alındı. Gəncədə və Gəncə ətrafında yaşayan sakinlər (şagirdlər,tələbələr və ümumiyyətlə bütün yaş dövründə olan sakinlər)üçün bir elm və mədəniyyət evi oldu. Hər gün öz qapılarını yeni və daimi üzvlərinə açan “GƏNCƏ MAARİF EVİ” hazırda böyük bir toplumun asudə  vaxtlarının yüksək səviyyədə keçirilməsini təmin edir. ”GƏNCƏ MAARİF EVİ”-ndə yaradılmış bütün şərait və imkanlar, şagirdlərin, gənclərin və tələbələrin xidmətindədir. Sosial formatda yaradılan bu layihə yalnız və yalnız Gənclərin maarifləndirilmələrinə və gələcəyə uğurla addımlamalarına dəstək verməkdən ibarətdir.
Burda həmçinin  Həftəsonu seminarlar təşkil olundu. İntelektual gənclərin mükafatlandırılması üçün  fərdi və komanda şəklində bilik yarışları keçirildi. İctimai birliyimiz bir il ərzində qarşısına qoyduğu hədəflərə çatdı.
Sual: Gələcəkdə Gəncə Maarif evinin nə kimi fəaliyyətləri olacaq?
Cavab:  Qarşısına qoyduğu hədəflərə çatan İctimai Birlik növbəti il üçün hədəflərini ikiqat artırıb. Məqsəd şəhərimizdəki gənclərin mümkün qədər vaxtlarının səmərəli keçirilməsini təşkil etmək, onların istedadını üzə çıxarmaq və cəmiyyətə qazandırmaqdır. Çünki bu qazanc, bu zənginlik əsl xəzinə əsl sərvətdir. Maddi zənginlik bir gün yox olacaq. Eynilə min il öncə yığılıb torpağa gömülən xəzinələr kimi. Amma biz bu gun əsrlər öncə insanların necə yaşadığını, nələr etdiyini bilmək üçün yenə də kitablara müraciət edirik. Əsrlər öncə yaşamış dahilərin fikirlərini öyrənib onlardan “məsləhət” alırıq.  Çünki güc də, xəzinə də kitablardadır. Dahi Nizaminin dediyi kimi:
“Qüvvət elmdədir başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.”
İctimai Birliyin qapıları hər zaman gənclərə, oxumaq-öyrənmək istəyən hər kəsin üzünə açıqdır. Fəaliyyətimiz nəticəsində cəmiyyətə bir nəfər belə qazandırsaq bu bizim üçün uğur olacaq!
Sual: Fəaliyyətiniz boyunca sizin üçün ən maraqlı keçən tədbiriniz hansı olub?
Cavab: Bizim bütün tədbirlərimiz maraqlı olub. Hərbi hissədə əsgərlər arasında keçirilən  “Maarifçi əsgər ” adlı intellektual yarış xüsusilə qeyd edilməlidir.
Sual: Karantin günlərində Gəncə Maarif evinin fəaliyyəti necə davam edib?
Cavab: Dünyanı bürüyən Covid-19 infeksiyası ölkəmizdən də yan keçmədi. Ancaq  bu İctimai Birliyin fəaliyyətinə təsir göstərmədi. Birliyin könüllüləri  evdən çıxması qadağan olan yaşlı nəslin nümayəndələrinin ehtiyaclarının qarşılanması üçün səfərbər oldular. “Oksi Group” MMC nin maddi dəstəyi ilə 80 dən çox ailəyə yardımlar olundu. Yaşı 65 dən çox olan insanların ehtiyacları ilə maraqlandıq onları dərman və digər ehtiyacları olan ərzaqlarla təmin etdik.  Tədbirlərimiz  proqramlar vasitəsi ilə online görüşlərlə əvəz edildi. Bir-birimizdən uzaq olsaq da, kitablarla olan məsafəmiz dəyişmədi.
Sual: Son olaraq gələcək planlarınızla bağlı danışsaz xoş olardı.
Cavab:  Biz bu gün əsrlər öncə insanların necə yaşadığını, nələr etdiyini bilmək üçün yenə də kitablara müraciət edirik. Əsrlər öncə yaşamış dahilərin fikirlərini öyrənib onlardan “məsləhət” alırıq.  Çünki güc də, xəzinə də kitablardadır. Dahi Nizaminin dediyi kimi:
“Qüvvət elmdədir başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.”
İctimai Birliyin qapıları hər zaman gənclərə, oxumaq öyrənmək istəyən hər kəsin üzünə açıqdır. Fəaliyyətimiz nəticəsində cəmiyyətə bir nəfər belə qazandırsaq bu bizim üçün uğur olacaq!
Müsahibə üçün Ziyalılar.az saytı olaraq sizə təşəkkür edirik və uğurlarınızın davamını diləyirik.

Müsahibəni götürdü:
Ziyalılar.az saytının şöbə müdiri Esmira Günəş