Ana səhifə Cəmiyyət Həmrəylik marşı – TƏNHA BULUD...

Həmrəylik marşı – TƏNHA BULUD /Tamara Nadirova/

86
0

Həmrəylik marşı

Bu dövlət müstəqilliyin hələ gənclik yaşında,

Artıq ön cəbhədədir zirvələr yarışında.

Rəhbərim qeyrət tacıdır millətimin başında,

Yaşa,ulu millətim ,hürriyyətin mübarək,

Həmrəyliyin ,birliyin,ülviyyətin mübarək!

 

Tarixlərə yazılmış sınanmış günlərin var,

Dədəm Qorqud alqışı almış müdriklərin var,

Öz müstəqil dövlətin,qeyrətli rəhbərin var,

Yaşa,ulu millətim,hürriyyətin mübarək,

Həmrəyliyin ,birliyin,ülviyyətin mübarək!

 

Yumruq kimi birliyin dünyaya nümunədir,

Qəhrəman igidlərin tarixdə əfsanədir,

Bükülməzdir biləyim,millətim mərdanədir,

Yaşa,ulu millətim,hürriyyətin mübarək.

Həmrəyliyin,birliyin,ülviyyətin mübarək!

 

Bir-birinə mehriban,düşmənlərə göz dağı,

Səni yıxa bilmədi əsrlərin sınağı,

Türkün gücü Tanrıdan,qoy bilsin bunu yağı,

Yaşa,ulu millətim,hürriyyətin mübarək,

Həmrəyliyin,birliyin,ülviyyətin mübarək!

Tamara Nadirova /Tənha Bulud/

Ziyalılar.az