Ana səhifə Cəmiyyət MƏMMƏD QƏDİR – Topçu qəhrəman

MƏMMƏD QƏDİR – Topçu qəhrəman

62
0
Topçu qəhrəman        /Xaçmazın Qusarçay kənd sakini,
                                    Qəhrəman həmyerlim topçu Vüsala/
Sən Babək yetirən yurdun oğlusan,
Azadlıq hayqıran qurdun oğlusan,
Kasıb balasısan, mərdin oğlusan,
Biləyində pələnğ, ruhunda aslan,-
Qələbə sənindir, topçu qəhrəman.
Düşmənə göz dağı məğrur duruşun,
Cismin bir əsgərdir, ruhun bir qoşun,
Yağdır yağı üstə mərmi, qurğuşun,
Yeni tarix yarat, yaz yeni dastan, –
Qələbə sənindir,topçu qəhrəman.
Sən qansız yağıyla girmisən cəngə,
İgid qan görəndə dönür pələngə,
Tut mənfur düşməni topa, tüfəngə,
Al el qisasını, gözləmir zaman, –
Qələbə sənindir, topçu qəhrəman.
Bir elə işıqdı məsləkində nur,
Xalqın simasıdı o vüqar, qürur,
Toparla özünü, son zərbəni vur,
Titrəsin zərbindən yer, göy, asiman,-
Qələbə sənindir, topçu qəhrəman.
İt tək zingildəyir zərbindən yağı,
Haqqına əyilir göylərin tağı,
Ay xalqın ruhunun canlı bayrağı,
Səninlə fəxr edir can Azərbaycan, –
Qələbə sənindir, topçu qəhrəman!
Məmməd Qədir şair
Yazıçılar Birliyinin üzvü
Ziyalılar.az