Ana səhifə cəbhə xəbərləri Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcəkdir-Azərbaycan Respublikası Müdafiə...

Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcəkdir-Azərbaycan Respublikası Müdafiə Nazirliyi

24
0
Ziyalılar.az saytı Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki,Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur.
Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.
Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcəkdir.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!
____
Сообщение Министерства обороны
27 декабря около 15.30 незаконная армянская вооруженная группировка или оставшийся на территории отряд из шести остатков армянских вооруженных сил совершил нападение на подразделения Азербайджанской Армии в направлении села Агдам (Акаку) Ходжавендского района. В результате нападения погиб военнослужащий Азербайджанской Армии, солдат Ганбаров Эльмир Райиль оглу, а солдат Алиев Эмин Сулейман оглу получил ранение. После оказания первой медицинской помощи раненый военнослужащий был эвакуирован в медицинское учреждение, его жизни ничто не угрожает.
В результате предпринятых действий все шесть членов незаконной армянской вооруженной группировки были уничтожены.
Если подобный случай повторится, Азербайджанская Армия примет решительные меры.
Руководство Министерства обороны выражает глубокие соболезнования и желает терпения семье шехида. Аллах ряхмят елясин!
____
Information of the Ministry of Defense
On December 27, at about 15:30, an illegal Armenian armed group or a detachment of six remnants of the Armenian armed forces that remained in the territory attacked the units of the Azerbaijan Army in the direction of the Aghdam (Akaku) village of the Khojavend region. As a result of the attack a serviceman of the Azerbaijan Army, soldier Ganbarov Elmir Rayil was killed and soldier Aliyev Emin Suleyman has been injured. The wounded soldier was evacuated to a medical institution after providing first medical aid, and nothing threatens his life.
As a result of the actions taken, all six members of the illegal Armenian armed group were annihilated.
If such a case would happen again, the Azerbaijan Army will take firm measures.
The Azerbaijan Defense Ministry’s leadership expresses deep condolences and wishes patience to the family of Shehid (martyr). May Allah rest the soul of the Shehid in peace!
Copyright © Azərbaycan Müdafiə Nazirliyi
Ziyalılar.az