Ana səhifə Cəmiyyət Esmira Günəş Yeniləşən Dövlətə Dəstək İctimai Birliyinin Fəxri Diplomuna layiq görülüb

Esmira Günəş Yeniləşən Dövlətə Dəstək İctimai Birliyinin Fəxri Diplomuna layiq görülüb

159
0

Ziyalılar.az saytı təqdim edir:

Yaradıcılığı ilə hər zaman göz önündə olan, hər dəfə yenilikləri ilə oxucularını təəccübləndirməyi bacaran gənc şairə Esmira Günəş Yeniləşən Dövlətə Dəstək İctimai Birliyinin Fəxri Diplomu ilə mükafatlandırılıb. Eyni zamanda saytımızın əməkdaşı olan şairəmizi kollektivimiz adından təbrik edir və yeni-yeni uğurlar arzulayırıq.

Yeni il, yeni ümid

Yeni il, kədərsiz gəl,
Gətir bizə xoş günləri.
Qaytar bizə smssiz,
Azadlıqla ötənləri.
Rahat-rahat nəfəs alaq,
Gah Şəkidə, gah Bakıda,
Bəzən də Gəncədə olaq.
Bitsin artıq bu maskalı günlərimiz,
Dərin-dərin təmiz hava
Çəksin ki, ciyərlərimiz.
Gözəl günlər yaşayaq biz.
Bircə ildə olmasın heç,
Ölüm adlı ayrılıqlar.
Ağlamasın analar,
Ağlamasın balalar.
Heç bilirsən, bu ildən,
Necə gözəl arzum var?
Gəl yeni il,…
Elə gəl ki, ümidlərim gerçək olsun,
Bahar kimi rəngarəng gəl,
Ömrüm-günüm çiçək olsun.

Esmira Günəş