Ana səhifə Cəmiyyət “Bandotdel” Bakıda əməliyyat keçirdi: Silah-sursat aşkar edildi

“Bandotdel” Bakıda əməliyyat keçirdi: Silah-sursat aşkar edildi

13
0
Bakı sakinlərindən silah götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Ələsgərlidən “Makarov” markalı tapança, E.Mürşüdovdan “Naqan” tipli tapança, R.İsmayılovdan isə “Makarov” markalı tapança, bir ədəd patron darağı, yeddi ədəd patron və bir ədəd səsboğucu aşkar edilərək götürülüb.
Faktlarla əlaqədar cinayət işləri başlanıb.
Ziyalılar.az