Ana səhifə Ziyalılar Mərkəzi

Ziyalılar Mərkəzi

“Ziyalılar Mərkəzi” İctimai Birliyinin məram və məqsədi:

Azərbaycan Respublikası vətəndaşlarının mənafe ümumiliyi, könüllülük, üzvlərin hüquq bərabərliyi, özünü idarə əsasında yaratdıqları birlikdir. Birlik ziyalılar arasında mədəni-mənəvi, ədəbi əlaqələrin qurulması və inkişaf etdirilməsi sahəsində çalışır. Milli, tarixi dəyərlərin qorunmasına, aktuallaşmasına səy göstərir. Peşəkar, əbədi-bədii, mədəni fəaliyyətlə məşğul olan yaradıcı insanların əsərlərinin digər dillərə tərcüməsini təşkil edir, yaradıcı insanların əsərlərinin təqdimatını təşkil edir, mədəniyyət və peşə-sənət birlikləri ilə qarşılıqlı, faydalı əməkdaşlıq qurur.
«Ziyalılar Mərkəzi» İctimai Birliyi «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq öz Nizamnaməsində müəyyən edilmiş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki şəxsin təşəbbüsü ilə yaradılmış, könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan ictimai birlikdir.

Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası və «Qeyri-Hökumət Təşkilatları (ictimai birlik və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanununa və digər müvafiq qanunvericilik aktlarına, habelə Nizamnaməsinə əsasən qurur.

Birliyin əsas məqsədi Azərbaycan xalqının tarixi abidələrinin və o abidələrin tarixinin təbliği, milli, mənəvi dəyərlərin, adət-ənənələrin, folklorunun təbliği, tarixi şəxsiyyətlərin, öyrənilməsi, təbliği, yaradıcılıq fəaliyyəti ilə məşğul olan gənclərin, təbliği kimi işlərin görülməsi, ziyalıların mədəni-ədəbi əlaqələrinin inkişafı, yaradıcı, istedadlı, sağlamlıq məhdudiyyəti olan şəxslərin görüşlərinin təşkili ilə məşğul olmaq, mədəniyyət və peşə-sənət birlikləri ilə qarşılıqlı, faydalı əməkdaşlıq qurmaq, nəşr işi ilə məşğul olmaq, kitabxanalar qurmaq, vətənpərvərlik ruhunun aktivləşməsinə dəstək, milli dəyərlərin qorunmasına aktuallaşmasına səy göstərməkdir.